Er.əv. 9-cu yüzillikdə Urmiya sahillərində ilk Azərbaycan dövləti adlandırıla bilən Manna yaranır. Onun baş şəhəri İzertu olmuşdur. Artıq er.əv. 8 əsrdə Manna Asiyada mühüm siyasi qüvvə rolunu oynayırdı. Dövlətin ən parlaq dövrü hökmdar İranzunun hakimiyyəti illərinə təsadüf edir. Bu zaman Mannaya indiki Azərbaycanın bütün cənub və bəzi şimal (Naxçıvan) əraziləri tabe idi. İranzunun varisləri Aza və Ullusuna müxtəlif dövlətlərlə hərbi ittifaqlar yaradaraq öz ərazilərini genişləndirməyə çalışırdılar. Belə ki, er.əv. 714-cü ildə Ullusuna Assuriya dövləti ilə ittifaqda Urartunu məğlub edə bilmişdir. Lakin bunun ardınca Manna dövləti getdikcə tənəzzülə uğramağa başlayır. Sonuncu dəfə bu dövlətin adına er.əv. 616-cı ilə təsadüf edən "Hedda salnaməsində" rast gəlinir. Beləliklə, yaşı 3 min ildən artıq olan Azərbaycan dövlətçiliyinin ilkin nümunəsi Manna dövləti olmuşdur.
Tarix: 07.01.2015 / 16:12 Müəllif: Feriska Baxılıb: 51 Bölmə: Ümumi