Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Etno-siyasi birliklər

Azərbaycanda (quldarlıq quruluşunu yaşayan) ilk etno siyasi birliklərin meydana gəlməsi miladdan oncə III- cüminilliyin II yarısına, daha dəqiq eradan əvvəl XXV-XXIII-əsrlərə, yəni 4500-4300 il bundan əvvələ təsadüf edir.

"Aratta" etno siyasi birliyi
"Kuti" etno-siyasi birliyi
"Lullubi" etno-siyasi tayfa birliyi
"Su" tayfa birliyi
"Turukki" etno siyasi birliyi
"Hurri" etno siyasi birliyi.
Aratta, Kuti, Lullubi, Su tayfaları qədim şərqin tarixində mühim rol oynamışdılar və Azərbaycan xalqının formalaşması prosesindı onların rolu şübhəsizdir. Ən azından ona görə ki, m.ö VIII-esrde Azərbaycan ərazisində ilkin dövlət yaradan Mannalılar, adları çəkilən tayfaların varisləri və törəməsidirlər.

Bu tayfaların dil kökünün tam bəlli olmamasına baxmayaraq, onlarin dilində ve yaxud onların yaşamış olduqları ərazilərin adlarında bir çox qədim türk dili mənşəli sözlərin olması məlumdur. Məsələn, Aratta ölkəsinin yerləşdiyi ərazi qaynaqlarda "Alataye" olaraq qeyd edilib ki, bu da bu sozun Altay-Türk coğrafi nomenklaturasinda işlənməkdə olan sözlərlə (Altay, Alatau, Alatava, Aladağ və s.) bağlılığı şübhəsizdir. Son araşdırmalarda Mannadakı "Uişdiş" vilayətinin adı "Vişdiş", "Beşdiş", yəni Beş dağ olaraq izah edilir. Assur çarı II Sarqon həmin vilayətdəki "Uşkaya" (İndiki Üsküyə) adı isə "Üç qaya" ve yaxud "Üst qaya" kimi açıqlanır. Eləcə də, barəsində danışdığımız xalqların dilində "Qantau" (Qandağ), "İştatti" (isti yer) və sairə kimi çoxsaylı türk dillər qrupuna yaxın sözlər mövcud idi. Assur qaynaqlarında "Turukki" olaraq işlədilən tayfa adı isə türk etnoniminin ilkin yazılış şəkli sayıla bilər.


Tarix: 07.01.2015 / 16:14 Müəllif: Feriska Baxılıb: 60 Bölmə: Ümumi
loading...