1801-ci il - qaçqınlıq dövrü
1801-ci il iyulun 13-də general-mayor Lazerev Qafqaz qoşunlarının komandanı Knorrinqə göndərdiyi raportunda göstərirdi ki, Pəmbək əyalətinin 14 kəndindən təxminən 5-6 min türk əhalisi bölgəni tərk edərək İrəvan xanlığı ərazisinə sığınmışlar.
Sonralar Pəmbək əyaləti türklərinin bir hissəsi Rusiyanın itaətinə girmək istəmədikləri üçün üsyan etmiş, 1804-cü ilin iyulunda Pəmbək bəyləri Rəhim bəy və Səid bəyin himayəsi altında bölgədən qaçaraq Qars paşalığına sığınmışdılar. Onların geri qaytarılması üçün knyaz Sisianov dəfələrlə Qars paşası Məmməd paşaya müraciət etmişdi.
Tarix: 07.01.2015 / 18:12 Müəllif: Feriska Baxılıb: 20 Bölmə: Ümumi
loading...