Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dop sülaləsi Tarixi

Dop sülaləsi adını Yuxarı Xaçın knyazı I Həsənin xanımı Dop xatunun (Դաւփ – Dop Dəfnə adının erməni dilinə uyğunlaşdırılmış formasıdır.) adından almışdır. Dop özü isə Sarkis Zaxari-Dolqaruki və Saakanduxt Artsruninin qızı olmuşdur. Əri I Həsənin ölümündən sonra Dop xatun Yuxarı Xaçının (Zar) hakimi olmuşdur. Bu tarixdən sonra Yuxarı Xaçının hakim sülaləsi Dop sülaləsi (Dopyanlar) adlanmışdır ki, bu dünya tarixində qadın adı ilə adlandırılmış çox az sülalələrdən biridir. Dop sülaləsi çiçəklənmə dövrünü XIII əsrdə - Qafqazda monqol hökmranlığı dövründə yaşamışdır. I Həsən və Dop xatunun oğlu I Qriqor Dop və Saak Sevadanın oğlu birlikdə monqol sərkərdəsi Baycu noyonun Mesopotamiya yürüşündə (1242—1243) iştirak etmişdi.

Sülalənin ən məşhur knyazları II Həsən, II Qriqor və III Həsən hesab olunur. Mənbələrdə "Kiçik Sünikin – Xandaberd və Akanın, yüksək Qeqam dağlarının, Sodkdan Şoxaqa qədər ərazilərin hakimi” adlandırılan II Qrioq Dopun ölümündən sonra Dop sülaləsinin siyasi təsir gücü zəifləyir.

Knyaz III Həsən 1386-cı ildə oğlanları ilə birgə Azərbaycana yürüş edən Əmir Teymura qarşı döyüşdə öldürülmüşdü. Lakin Teymurilər Dop sülaləsinin knyazlıq hüququnu saxlamışdı.

1430-cu illərdə Dop sülaləsinin nümayəndələri Azərbaycanda hakimiyyətə gəlmiş Qaraqoyunlu xanədanı tərəfindən əsir alınmışdı. III Həsənin nəvəsi knyaz Aytin Qaraqoyunlu hakimlərinə böyük məbləğdə bac ödəyərək öz ərazilərinin bir hissəsində hakimlik hüququnu qaytarmışdı.

XV əsrin ortalarında Qafqazın çəkişmələr meydanına çevrildiyi dövrdə Yuxarı Xaçın ərazisi də üç məlikliyə parçalandı. Dop sülaləsi Ulubəyoğulları, Aytinoğulları və Doğanoğulları məlik sülalələrinin simasında varlığını davam etdirmişdir. Ulubəyoğulları sülaləsi sonradan Qeqarqunik hakimləri olan, daha sonra isə Vərəndə məliyi hüququnu əldə edən Məlik-Şahnəzərov nəslinə başlanğıc vermişdir.


Tarix: 10.01.2015 / 12:47 Müəllif: Feriska Baxılıb: 34 Bölmə: Ümumi
loading...