Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Lənkəran qalası Arxitekturası

Lənkəran qalasının sahəsi 35 hektara yaxın olub, ölçüdə Bakı qalasından (21,5 hektar) böyük olmuşdur. Lənkəran qalası iki iri miqyaslı döyüş bürclərindən ibarət idi: Şimal bürcü dəniz sahilində, cənub bürcü isə Lənkəran çayının kənarında idi.

Lənkəran qalası istehkamlarının baş planı 1833-cü ildə tərtib və təsdiq olunmuşdur. Qalanın istehkamları bir-biri ilə sədlə və su dolu xəndəklərlə birləşən iki bürcdən ibarət idi. Bir tərəfdən şimal bürcündən çıxan istehkam sədləri sahil boyunca Lənkəran çayı ağzınacan keçib sonra müəyyən bücaq altında dönüb çay sahilindəki cənub bürcünə, başqa istiqamətdən sədlər qala meydanına və bayır şəhərə yönəlmişdir. Qalanın əsas müdafiəsini daş bürc təşkil edirdi. Qalada Qubernator bağı, Naçalnik bağı, axşam bazarı və s. adlı məhəllələr olmuşdur.


Tarix: 08.01.2015 / 02:26 Müəllif: Feriska Baxılıb: 29 Bölmə: Ümumi
loading...