Qala Kəlbəcər rayonu ərazisində yerləşir və erkən orta əsrlər dövrünə aid edilir.
Adı qalanın formasını tamamlayır. Qalanın beli dəvə boynuna oxşayır. Kəlbəcər qalalarını tədqiq edənlərin fikirincə, bu qalalar karvan yollarının üstündə tikilirmiş və bununla da həmin yollara nəzarət olunurmuş. "Löh" qalasının başında qayadan yonulmuş, dərinliyi 3-5 metrə çatan quyular var. Bu quyularda ərzaq, ya da su saxlanılırmış. Həmin quyuların içərisində nəhəng palıd ağacları bitib. Bu palıdların hər birinin diametri 30-40 santimetrdi. Qalanın Ləv çayı istiqamətində iki mağarası aşkar olunub. Bura ən qədim insan məskənlərindən hesab olunur. Yayda olduqca sərin, qışda isə isti olan bu mağarada istənilən ərzaq məhsulunu bir ay saxlamaq mümkündür.
Tarix: 08.01.2015 / 02:24 Müəllif: Feriska Baxılıb: 40 Bölmə: Ümumi