Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Farsdilli əhalinin Azərbaycana köçü

S. Qaşqay qeyd edir ki, Manna ərazisinin etnik xarakteristikasını vermək üçün farsdilli tayfaların İran yaylasına soxulması dövrünü və onların gəlmə yolları məsələsini aydınlaşdırmaq lazımdır. Bu məsələ barədə dünya tarixşünaslığında müxtəlif mülahizələr mövcuddur. Tədqiqatçıların bir qismi bu tayfaların Orta Asiyadan çıxmalarını, digərləri isə Qafqazdan keçərək gəldiklərini söyləyirlər. Lakin bütün tarixçilər farsdillilərin sözü gedən ərazidə aborigen olmadıqlarını birmənalı şəkildə qəbul edirlər.

Assur mənbələrindən məlum olan Güney Azərbaycanın Urmiya gölü ətrafı ərazilərində şəxs adlarının təhlilinə əsaslanan E. A. Qrantovski göstərir ki, farsdilli əhali Güney Azərbaycanda ən azı e.ə. IX-VIII əsrlərə qədər yayılmamışdı. Bu nəticə ona farsdilli tayfaların Orta Asiyadan yox, Şimaldan, Qafqazdan keçərək İran yaylasına doğru irəliləmələrini söyləməyə imkan verir.

R. Girşmana görə farsdilli tayfalar İran yaylasına iki yolla daxil olmuşlar: onların Qərb qolu Qafqazdan, Şərq qolu isə Orta Asiyadan gəlmişdir. Urmiyayanı hövzəyə onlar Qafqazdan gəlmişlər. Cənuba doğru irəliləyən qolu müqavimətə rast gələrək Qərbə doğru dönmüşdür. Lakin onların irəliləmələri burada da keçilməz Zaqroş silsiləsi və xeyli inkişaf etmiş yerli mədəniyyətlərin müqaviməti nəticəsində çətin olmuşdur.R. M. Boehmer. Zur Lage von Parsua im IX Jahthundert von Christus.

S. Qaşqay qeyd edir:

Yazılı məmbələrdə adı çəkilən farsdilli tayfaların lokalizəsi və e.ə. IX – VIII əsrlərə aid mixi yazılı mənbələrdə qeyd edilən Azərbaycan onomastik materialların təhlili göstərir ki, Urmiyayanı hövzədəki əyalətlərdə və hətta bir qədər Cənuba və xeyli Şərqə doğru farsdilli tayfalar məskunlaşmamışdılar. Farsdilli tayfalar Manna dövlətinin əhatə etdiyi ərazilərdən xeyli uzaqda məskunlaşmışdılar və Urmiyayanı hövzəyə soxula bilməmişdilər. Hətta bəzi tədqiqatçıların söylədiyi kimi e.ə. I minilliyin əvvəllərini farsdilli köçərilərin Ön Asiyaya gəlmələrinin erkən tarixi kimi qəbul edildikdə də onların öz mühacirətlərinin erkən dövrlərində yerli türk mənşəli tayfalara (mannalılar və digərlərinə)elə bir mühüm təsir göstərmələri ilə razılaşmaq olmaz.
— Solmaz Qaşqay – Manna dövləti, Bakı, 1993, səh 156
E.ə.IX əsrin ortalarından ta Midiya dövlətiın təşəkkülünə kimi Urmiyayanı hövzədə əsas siyasi qüvvə Urmiyayanı hövzənin yerli əhalisini birləşdirən, köçəri tayfaların basqınlarının qarşısını alan və onlardan öz marağı üçün istifadə edən, bəzən də onlarla ittifaqda öz rəqiblərinə güclü zərbələr vuran Manna dövləti idi. Bu ərazidə sonradan Midiya dövləti qurulduqdan sonra və hətta XX əsrin əvvəllərinə qədər bu ərazilərdə fars ünsürü və fars dili əhəmiyyətli rol oynamamışdı.

Şəxs adlarının və toponimlərin təhlili Manna dövləti əhalisinin (mannaların) türk mənşəli olduğunu sübut edib. Prof. Qiyasəddin Qeybullayev əsərlərində Manna etnonim, toponim və şəxs adlarının mənalarını açaraq izah edə bilib. İqor Dyakonov Manna dövlətinin Diyala çayının yuxarı axarınadək Cənub əyalətlərinin əhalisini kutilər və lulubilərin, Diyala və Kərxa çaylarının yuxarı axarındakı əhalini isə kassilərin varisləri hesab edir.


Tarix: 27.01.2015 / 17:44 Müəllif: Feriska Baxılıb: 44 Bölmə: Ümumi
loading...