Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qırmızı lobyalı salat
Qırmızı lobyalı salat

MATERİAL SİYAHISI:

1 kasa qırmızı lobya
1 kasa kornişon turşu
2 közlenmiş istiot
1 pk. Göbələk
İstiotlu yaşıl zeytun
1 dəstə cəfəri
6 budaq təzə soğan
1 dəstə rəngli göyərti
1 limon
Zeytun yağı

İÇİ:

Göbələkləri ikiyə kəsib tavada, zeytun yağında qovururuq. İstiotlu yaşıl zeytunları, qırmızı köz bibərləri, kornişon turşu, göy soğanı və cəfəri doğrayırıq. Qırmızı lobya qarışdırma qabına alırıq.

Üzərinə yaşıl soğanı, cəfəri, yaşıl zeytunu və turşu əlavə edirik. Soyumuş olan göbələyi əlavə edirik. Zeytun yağını tökürük, limon suyunu sıxırıq. Duzunu və qara bibəri atıb qarışdırırıq. Boşqaba rəngli göyərtiləri əlimizlə qıraraq qoyuruq. Üzərinə salatını tökürük və xidmət edirik.


Tarix: 21.04.2015 / 21:47 Müəllif: Nurana Baxılıb: 74 Bölmə: Salat tarifleri
loading...