Psixoloqlar ev heyvanlarının ruh sağlamlığı üçün əhəmiyyətli olduğunu qeyd edirlər. Uzun və yorucu bir iş günündən sonra evə gəldiyiniz zaman evdə hər hansı bir ev heyvanı ilə vaxt keçirmək bütün stress və yorğunluqları aradan qaldırır.
Çində 25-40 yaş arası insanlar üzərində aparılan araşdırmalar zamanı evində heyvan saxlayan insanların saxlamayanlara nisbətən özlərini daha rahat hiss etdikləri və daha rahat yatdıqları müəyyən olunmuşdur. Ev heyvanı deyərkən ağlımıza ilk it və pişik gəlir lakin bunlarla yanaşı bir sıra evdə saxlanılması mümkün heyvanlar var ki, onlar da həmçinin müsbət enerjiyə malikdir. Məsələn, akvariumdakı balıqları seyr etmək əzələ gərginliyini aradan qaldırır ürək döyüntülərini nizamlayır.
Bütün bu araşdırmalar heyvanların həyatımızın ayrılmaz bir hissəsi olduğunu bir daha sübut edir.
Tarix: 08.01.2015 / 15:11 Müəllif: Aziza Baxılıb: 18 Bölmə: Saglamliq