Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ölüm təhlükəsi gətirən təhlükəsizlik

Kolumbiya Universiteti Radioloji şöbəsinin rəhbəri Dr. David Brenner ABŞ və İngiltərə hava limanlarında təhlükəsizlik üçün istifadə edilən və vücudu çılpaq göstərən rentgen aparatlarının normadan 20 dəfə artıq radiasiya yaydığnı bunun
da dəri xərçənginə səbəb olduğunu bildirmişdir.
Həmçinin Dr. Bernner bildirib ki, hava limanından ildə təqribən 800 milyon bu cihazlardan keçir əsasən uşaqlar və hamilə qadınların sağlamlığı üçün bu cihazlar həddən artıq təhlükəlidir.
O, qeyd edib ki, xəstəxanalarda istifadə edilən rentgen cihazı ilə hava limanlarında istifadə edilən rentgen cihazlarının iş prinsipləri tam fərqlidir ki, bu da hava limanlarında istifadə edilən rentgen cihazlarının insan sağlamlığı üçün daha təhlükəlidir. Belə ki, xəstəxanalarda istifadə edilən rentgen cihazının yaydığı radiasiya insan bədəninin ön hissəsindən girərərk arxa hissədən çıxır, lakin hava limanlarında istifadə edilən rentgen cihazlarında isə radiasiya vücuda girərək orda qalır ki, bu halda sağlamlıq üçün təhlükəlidir.


Tarix: 08.01.2015 / 14:24 Müəllif: Aziza Baxılıb: 27 Bölmə: Saglamliq
loading...