Yaz qabağı qışda aldığı artıq çəkilərdən xilas olmaq üçün sürətlə zəiflədən və artıq çəki problemini həll edən üsullara müraciət edənlərin sayı artır.
Ancaq bunu bilmək lazımdır ki, sürətli çəki vermə zamanı insan həm bədəninə həm də sağlamlığına zərər vura bilər.
Məlumata görə bu cür çəki vermə, hormon pozğunluqlarına, şəkər xəstəliyinə, troid hormonunun az işləməsinə, qanda şəkərin aşağı olması kimi problemlərə səbəb ola bilər. Bu baxımdan əvvəlcə bunun araşdırılması və uyğun şəkildə həkim nəzarətində müalicəsi lazımdır.
Ultra kavitasion və lipoliz üsulları artıq çəkidən azad olmaq üsullarından hesab olunur.
Kavitasionun məşhur bir üsul olmaqla yanaşı, selülitin müalicəsində istifadə olunduğu bildirilir.
Lipoliz isə təsirli bir lokal zəifləmə, regional yağ əritmə üsulu kimi tanınır.
Tarix: 08.01.2015 / 12:52 Müəllif: Aziza Baxılıb: 29 Bölmə: Saglamliq