Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mobil telefonla xərçəngin əlaqəsi rəsmi olaraq təsdiqləndi

Mobil telefonla xərçəngin əlaqəsi rəsmi olaraq təsdiqləndi!
Med.Az-ın Daily Mail qəzetinə istinadən verdiyi məlumata görə Dünya Səhiyyə Təşkilatının 10 il apardığı tədqiqat nəticəsində gündə 30 dəqiqədən artıq mobil telefondan istifadə edən insanların beyin xərçənginə tutulma risqinin olduqca yüksək olduğu məlum olmuşdur.
13 ölkədə 30 yaşdan yuxarı 5 min insan üzərində aparılan tədqiqat zamanı gündə 30 dəqiqədən artıq mobil telefondan istifadə edən insanların beyin xərçənginə tutulma risqinin digərlərinə nisbətən 3 dəfə çox olduğu müəyyən olunmuşdur.
Tədqiqatçılar mobil telefonlardan birbaşa yox qulaqcıq vasitəsi ilə istifadə etməyi məsləhət görür lakin müşahidələr onu göstərir ki, insanların böyük əksəriyyəti mobil telefonlardan istifadə zamanı qulaqcıqlardan istifadə etmir.
Eyni zamanda tədqiqatçılar yetkinlik yaşına çatmayan uşaqlarda beyin hüceyrələrinin tam formalaşmadığı üçün mobil telefondan istifadə zamanı beyində şiş yaranma riskini yüksək olduğunu bildirirlər.


Tarix: 08.01.2015 / 14:29 Müəllif: Aziza Baxılıb: 38 Bölmə: Saglamliq
loading...