Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ünəş eynəkləri alarkən nələrə diqqət etməli

Günəş gözlüyünün şüşələrinin rəngi də əhəmiyyətli amillərdən biridir. Şüşələrin ən yaxşısı duman rəngi və qəhvəyi rəngi hesab olunur. Sürücülərin tünd rəngli eynəklərdən istifadə etməsi məsləhət deyil. Çünki bu cür eynəklər işıqforun rənglərini seçməkdə çətinliklər törədə bilər.
İsti yay günlərində gözlərimizi günəş şüalarından qorumaq üçün gözlüklərdən istifadə etməyə başlayırıq. Amma bu, heç də o demək deyil ki, qarşımıza keçən ilk eynəyi gözümüzə taxmalıyıq. Günəş gözlüyünün seçilməsində bir çox amilləri diqqət mərkəzində tutmaq lazımdır. Təbii ki, gözlükdəki şüşələrin təbii materialdan olması əsas faktorlardan biridir. Ucuz, sintetik materiallardan hazırlanan gözlük şüşələri həm sizi əsəbiləşdirə, həm də gözlərinizə ziyan verə bilər.
Gözlükdəki şüşələrin ultramavi şüaları əks etdirmə xüsusiyyətinə malik olması çox önəmli məsələdir. Bu tip şüaları əks etdirməyən gözlüklərin alınması tövsiyə edilmir. Küçə və bazarlarda satılan ucuz gözlüklərə meyl etməmək məsləhətdir. Gözlük alanda onun sertifikatına baxın. Çünki günəş gözlüyünün əsas funksiyası gözü zərərli şüalardan qorumaqdır. Əgər gözlükdə belə bir keyfiyyət yoxdursa, onu almağa dəyməz. Almaq istədiyiniz gözlüyü işığa qarşı tutun. Sonra onu aşağı-yuxarı oynadın. Əgər gözlüyün şüşələrində dalğalanmalar müşahidə olunarsa, demək, keyfiyyətsizdir.

Bir sözlə, gözlük alarkən ucuza qaçmayın. Çünki keyfiyyətsiz gözlük gözlərinizi qorumaq əvəzinə ona ziyan verə bilər.


Tarix: 08.01.2015 / 14:23 Müəllif: Aziza Baxılıb: 25 Bölmə: Saglamliq
loading...