Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şişmiş ayaqlardan xilas olmağın yolları

Səhər oyandığınız zaman ayaqlarınız və ayaq biləklərinizin normal bir görünüşə malik olmasını, heç ağrımamasını və şişginliklərdən azad olmasını istəyirsinizsə bu zaman aşağıdakı məqalə tam sizlikdir.

Bütün bədənin yükünü daşıyan ayaqlar həddindən artıq fəaliyyətdə olduqda gün boyunca şişməyə məruz qala bilər.
Bu zaman ayaqlarınızın ağrısından qurtulmağı və yaxşı istirahəti düşünürsünüz. Toxumalarda gün ərzində maye yığılması nəticəsində, bədəndə şişlər formalaşır.
Şişlərin olmasına səbəb olan bu və ya digər proseslərin təsiri ayaqda yığılan mayelərin ayaq biləklərinə enməsinə və ən çox şişlərin də bu bölgələrdə olmasına səbəb olur.
Bu problemdən xilas olmaq üçün bir neçə praktik üsula diqqət yetirək:
1. Duz istehlakını azaltmaq lazımıdr. Gün ərzində çox duz istehlak etmək, bədəndə suyu tutaraq, bu problemin yaranmasına səbəb olur.
Əgər orqanizm buna öyrəşibsə bu halda nə qədər duzlu yeməklər yeyirsinizsə bir o qədər də su içməyə çalışın ki, bədəniniz aldığı duzun miqdarını balanslaşdırsın.
2. Ayaqlarınızı həddindən artıq yormaq lazım deyil. Onları daha çox dinləndirmək lazımdır. Kürək üstü uzanaraq, ayaqlarınızı, altına dəstək qoymaqla və ya divara yaslamaqla, ürək səviyyənizdən 30 sm yuxarıya qaldırmaqla, ayaqlarınızı 10-15 dəqiqə istirahət etdirmək olduqca faydalıdır. Bu hərəkəti gündə 3-4 dəfə etmək olar.
3. Dikdaban ayaqqabıları geyinmək olmaz. Çünki, buda ayaqların şişməsinə səbəb olur. Ayaqqabılar baxımından ən uyğun isə ayaqqabının dabanlarının 5 sm hündürlükdə olanıdır.
4. Kalqotqaya bənzəyən xüsusi ilə apteklərdə satışda olan karset corablardan istifadə etmək lazımdır. Bədəndəki qan dövranını sürətləndirmək üçün bundan istifadə zəruridir. Bu tərz corabları əczaxanalardan və ya tibbi vəsaitlər satan mağazalardan tapmaq mümkündür.
5. İdmanla məşğul olmaqla artıq çəkilərdən azad olmaq mümkündür. Daimi olaraq məşq etməyə və hərəkət etməyə çalışın. Uzun müddət eyni yerdə hərəkətsiz fəaliyyətdən uzaq durun. İşiniz buna imkan vermirsə bu zaman 2 saatdan bir gəzişmək məqsədə uyğundur. Bunun sayəsində qan dövranınız artacaq və ayaqda olan şişginlikləriniz müəyyən qədər azalacaq.
Artıq çəki həddindən artıq, bədəndə hərəkət edən mayelərinin dövranını azaldaraq ayaqda olan damarların üzərinə çoxlu təziqlərin düşməsinə səbəb olur.
Buna görə də, artıq çəkilərinizdən xilas olmağa çalışın. Bu həm də sizin daha sağlam və gümrah olmanıza səbəb olacaq.
6. Həkiminizə mütləq olaraq qəbul etdiyiniz dərmanlarla bərabər, ondan əvvəl və ya sonra baş verən xəstəlik əlamətləri haqqda məlumat verin. Daimi istifadə etdiyiniz dərmanlar haqqında həkiminizlə hər dəfə danışın. Tərkibində iltihab əleyhinə dərmanlar olan Non-steroid, ürək və damar xəstəliklərinin müalicəsində geniş şəkildə istifadə edilən kalsium kanal blokatorları, bədəndə şişin yaranmasına da səbəb olur.
Ayaqlarınızda davamlı bir şişmə və bu şişmə ilə birlikdə nəfəs darlığı, dərinizdə pozulma kimi əlamətlər, hallar varsa, mütləq bir şəklidə həkimə müraciət etməyiniz məsləhətlidir. Onlara yaxşı baxmağı unutmayın. Çünkü, ayaqlarımız, bədənimizin bütün yükünü daşıyan və ən çox yorulan hissəmizdir.


Tarix: 08.01.2015 / 13:37 Müəllif: Aziza Baxılıb: 75 Bölmə: Saglamliq
loading...