Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Wİ-Fİ insan beyninə və ağaclara zərərlidir

The Daily Mail qəzetinin verdiyi məlumata görə, elm və texnologiya nə qədər irəli getəsə də, insan orqanizmi üçün təhlükəli təsirlər bir o qədər çoxalır.
Bu günlərdə alimlər internet xidmətlərində istifadə olunan "Wi-Fi" simsiz rabitə barədə həyəcan təbili çalmağa başlayıb. Qeyd edək ki, Wi-Fi" simsiz rabitəsinin vətəni sayılan Hollandiyada, alimlər bu sistemin ağaclar üçün mənfi təsir yaratdığını aşkar ediblər. Digər tərəfdən bu sistemin insan orqanizmi üçün də mənfi təsirə malik olduğu üzə çıxıb. Araşdırmalar zamanı məlum olub ki, "Wi-Fi" simsiz rabitə vasitəsilə ayrılan şüalar həm bitkilər, həm də insan beyni üçün təhlükə yaradır.

Məlumat üçün bildirək ki, "WiFi" - kompüterlərin şəbəkəyə birləşdirilməsi və yaxud İnternet-ə qoşulması üçün müasir simsiz texnologiyadır.
Məhz bu texnologiya vasitəsilə İnternet mobil olaraq istifadəçiyə istər bir otaq hüdudlarında, istərsə də bütün dünyada sərbəst hərəkət imkanı təqdim edir.
Texnologiya eyni vaxtda onlarla istifadəçinin bir şəbəkədə işləməsi üçün şərait yaradır.


Tarix: 08.01.2015 / 14:12 Müəllif: Aziza Baxılıb: 44 Bölmə: Saglamliq
loading...