Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yayda rahat yatmaq üçün nə etmək lazımdır?

Havalar isindikcə yuxu problemləri artır. Xüsusi ilə havasız gecələrdə yatmaq demək olar ki, imkansızdır.

Rahat yatmaq üçün hər şeydən əvvəl havası yaxşı olan yer seçmək lazımdır. İstiyə qarşı çox həssas olanlar yataq otağında kondisionerdən istifadə edə bilər. Ancaq bu zaman olduqca diqqətli olmaq lazımdır. Çünki nəzarətsiz kondisionerdən istifadə sizi rahatlatmaq əvəzinə daha çox problem yarada bilər. Kondisionerlərin filtrləri daha tez-tez təmizlənməli, temperatur 24-25 dərəcədən aşağı salınmamalıdır.

İnsanlar ən azı aldıqları paltar qədər yataq və örtüklərinə də diqqət etməlidirlər. Nəinki yayda, ilin bütün fəsillərində yataq dəstinin pambıqdan olması şərtdir.

Keyfiyyətli yay yuxusu üçün daha bir diqqət yetirilməli məsələ yeməkdir. Son yeməklə yuxu arasında ən azı 3 saat fərq olmalıdır. Yağlı, qızartma, acı, turş qidalardan qaçmaq lazımdır.

Yatmamışdan öncə duş qəbul etmək də rahat yuxuya getməyə kömək edir. Əgər yatmağa gedərkən duş almaq imkanınız yoxdursa baş, əl və ayaqlarınıza sərin su vurun. Yatarkən bədəninizin sərin qalmasını istəyisinizsə, bu nahiyələri açıq qoyun.

Rahat yatmaq üçün bütün qabaqlayıcı tədbirlərə baxmayaraq, əgər yayda yuxu ilə bağlı aşağıdakı problemləriniz varsa onda həkimə müraciət edin:

- Yuxuya getməkdə çətinlik çəkir və ya keyfiyyətsiz yatırsınızsa,
- Necə saat yatmağınızdan asılı olmayaraq özünüzü səhər yorğun hiss edirsinizsə və ya yuxudan durmaqla bağlı probleminiz varsa,
- Yuxuda nəfəs almaqda çətinlik çəkirsinizsə,
- Gecə yatmamışdan öncə ayaqlarınızda ağrı, narahatlıq hiss edirsinizsə.


Tarix: 08.01.2015 / 14:01 Müəllif: Aziza Baxılıb: 37 Bölmə: Saglamliq
loading...