Kişi sağlamlığına mənfi təsir edən əsas səbəblərindən biri də müntəzəm olaraq dəbli cins şalvarlardan istifadə etmələridir.
Bu Britaniya alimləri tərəfindən aparılan bir tədqiqatın nəticəsində sübut və təsdiq olunmuşdur. Tədqiqatın nəticələri tibb sahəsinə aid "İnsan" jurnalında nəşr olunmuşdur.
Tibb mütəxəssisləri izah edirlər ki, olduqca dar və sıx şalvarlar sidik yollarında olan infeksiyaları və xayalara olan təzyiqi artırır.
Sorğu göstərib ki, hər iki kişidən biri dar cins geyinərkən bədənin qasıq bölgəsində diskomfort hiss edir və onların 20% dən çoxunda spermatogenez pozulmuşdur.
Həkimlər dar plavkilərin, şort və şalvar kimi geyəcəklərin insanın intim yerlərində göbələk mənşəli infeksiyaların yaranmasına səbəbi olduğunu bildiriblər.
Tarix: 08.01.2015 / 13:32 Müəllif: Aziza Baxılıb: 28 Bölmə: Saglamliq