Məlumata görə dünyanın dörd bir yanında uzun həyatın sirri üçün araşdırmalar aparan bir sıra mütəxəssislər, xəstəlik riskini artıran bütün araşdırmaları yığıb 100 ildən çox yaşamaq üçün uzun bir siyahı əmələ gətiriblər. Daha az xəstə olanlar, ölümcül xəstəliklərdən xilas olanlar və 100 yaşını keçən insanların həyatlarını araşdıran elm adamları, sağlam və uzun bir ömür üçün lazimi məsləhətlər də veriblər. Ümumiyyətlə həmin məsləhətlərdən aydın olur ki, düzgün qidalanmaq, idmanla məşğul olmaq, gündəlik rejim, şəxsi istirahət vacib amillərdir.
Düzgün qidalanma. Qidalnamada rasiona uyğun və insan orqanizmi üçün daha faydalı məhsullarla yanaşı gün ərzində 1-5 stəkan şəkərsiz çay (bitki çayıda daxil olmaqla) içməyin, qırmızı meyvələrlə bərabər bananın, südün, quru əriyin, qatığın, soğanın faydalı olduğu bildirilir. Ət yeməklərini azaltmağın, artıq çəki problemi olanların yemək boşqablarını kiçiltməyin, selenium möhkəmlətməsi almağın xeyrli olduğu qeyd olunub. Qida qəbul edərkən həmin qidanı ən azı 20 dəfə çeynəmək məsləhət görülür. Duzdan və çipsilərdən çox istifadənin isə zərərli olduğu bildirilib.
İdmanla məşğul olmaq. İnsan sağlamlığı üçün vacib məşğuliyyətlərdən biri də idmanla məşğul olmaqdır. Orqanizm üçün olduqca faydalı hesab olunan müxtəlif idman növləri gümrahlıq yaratmaqla günlük yaşama müsbət təsir göstərir. Bu baxımdan faydalı idman növləri ilə məşğul olmaqla bərabər gün ərzində təmiz havada 1 kilometr piyada gəzintidə olmağın, fasilə müddətində 10 dəqiqə sadə idman hərəkətləri etməyin, qolları gücləndirməyin xeyrli olduğu bildirilir.
Günlük rejim. Günümüzdə bəzi insanlar var ki, onların şəxsi günlük rejimləri var. Bu rejimlərdə günə başladığı andan yatmağa qədər olan müddət ərzində görəcəkləri işlər plana uyğun bir şəkildə həyata keçirilir. Bura günlük qida rasionu, idmanla məşğul olmaq, şəxsi inkişaf və s. vacib məsələr aiddir. Məhz, bu fəaliyyətlərin sayəsində çoxları zərəli işlərlə məşğul olanlara nisbətən daha çox uzun və mənalı ömür sürürlər. Bu baxımdan günlük fəaliyyətlərdə bir sıra mütəxəssislər bildirirlər ki, şəxsi gigiyenaya fikir vermək, ev işləri ilə məşğul olmaq, insanlarla rəftarda etik və estetik qaydaları gözləmək və onlara riayət etmək, mülayim və xoş təbiətli olmaq gərəklidir.
Şəxsi istirahət. İnsanların bəziləri öz şəxsi həyatlarına, istirahətlərinə bir çox səbəbdən lazımi diqqət yetirə bilmirlər. Bu baxımdan onlar sözün əsl mənasında fədakar hesab olunurlar. Lakin, günümüzdə cəmiyyətə daha çox xeyr vermək üçün ilk növbədə sağlamlıqlarına və istirahətlərinə xüsusi fikir verməkləri tələb olunur. Ona görə də çoxlu iş gördükdən sonra piknikə vaxt ayırmaq, şəxsi istirahətə önəm vermək lazımdır.
Tarix: 08.01.2015 / 13:16 Müəllif: Aziza Baxılıb: 94 Bölmə: Saglamliq