Təbabətdə masaja belə tərif verilir: əl və bəzən xüsusi cihazlar vasitəsilə orqanizmin xarici səthinə edilən məqsədəuyğun mexaniki təsirə masaj deyilir.
Təbabətdə masaj iki cür aparılır. Bunlardan biri yüngül masaj, ikincisi isə güclü masajdır. Yüngül masajın təsirindən beyin qabığında tormozlayıcı proseslər qüvvətləndiyindən əməliyyatdan sonra insanda yatmaq meyli oyanır. Güclü masaj nəticəsində isə dəridə hissi sinirlərin oyanması zəifləyir və bir sıra xəstəliklərdə ağrıların azalmasına və təmamilə yox olmasına səbəb olur. Yerli və reflektor təsirlər nəticəsində masaj qan və limfa dövranını sürətləndirir.
Ümumi masaj orqanizmdə oksidləşmə prosesini gücləndirir, daxili üzvlərin funksional qabilliyyətini artırır.
Masajın faydaları haqda isə kitablardan, jurnallardan və müxtəlif KİV-dən məlumatlara malik olmuşuq.
Onuda qeyd etmək lazımdır ki, "Massaj həmçinin yaxşı fiziki təlimdir."
Onun 6 növü var: kobud və nahamar, hamar, sığallayıcı, bərk, yumşaq, qısa müddətli, uzun müddətli masajlar.
Kobud və nahamar – orqanizmdəki qalıqları sovurur, üzün dərisini qızardır, əzələləri inkişaf еtdirir, bеlə ki, qanı bədənin səthinə çəkir.
Hamar, sığallayıcı – üzü qızardır, əzələləri inkişaf еtdirir, ancaq nahamar еtdiyi dərəcədə yox.
Bərk – bədən üzvlərini möhkəmləndirir, orqanizmdə olan artıq və zərərli maddələri yox еdir.
Yumşaq – bədən üzvlərinin əzələlərini boşaldır, əsəb sistеmini sakitləşdirir.
Qısa müddətli – artıq piyi cüzi sovurur.
Uzun müddətli – qan dövranını xеyli yaxşılaşdırır, əzələləri inkişaf еtdirir, artıq piyi yox еdir.
Ümumi sağlamlaşdırıcı və idman massajından fərqli olaraq müalicəvi massaj, çox vaxt pasiyеntin bədəninə müxtəlif məlhəm və yağları sürtməklə həyata kеçirilir. Dəriyə hoparaq bu məlhəmlər müəyyən müalicəvi еffеkt vеrirlər. Bədəni müvafiq yağlarla sürtməkdən əvvəl, çox vaxt xəstələrə xüsusi müalicəvi vannaların qəbulu məsləhət görülür. Müalicəvi masajın bütün növləri böyüklər üçün faydalıdır.
Körpə masajıda çox əhəmiyyətlidir. Körpə masajı, əslində ana və körpənin bir-birləriylə tanış olub bağ qurması və bu bağı inkişaf etdirmələri üçün də əhəmiyyətli bir rola sahibdir. Masaj edilən körpələr rahatlayır və daha yaxşı yatırlar. Əgər körpəniz yuxuya gedərkən problem yaşayırsa, tez-tez narahat olursa, bu zaman sadə bir masajla onu rahat etmək olar. Körpələrə tətbiq olunan masajın, körpənin immunitet sistemininə, böyüməsinə və qidalanmasına birbaşa təsiri var.
Türkiyə mətbuatında yayımlanan məlumatda körpə masajının; zehni və fiziki inkişafda müsbət təsir göstərdiyi, yuxuya getməni sürətləndirdiyi, həzmi asanlaşdırıb, yuxu keyfiyyətini artırdığı ifadə olunub.
Tarix: 08.01.2015 / 13:35 Müəllif: Aziza Baxılıb: 56 Bölmə: Saglamliq