Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bitki mənşəli zülallar da faydalıdır

Azərbaycan təbiəti qədim zamanlardan şəfalı bitkilərlə, heyvanat aləmi və minerallarla zəngin olmuş və indi də zəngindir.
Keçmiş təbiblərin fikrincə bu və ya digər orqan lazımi qida maddələrini almadıqda normal inkişaf etmir normal fəaliyyət göstərə bilmir, get-gedə zəifləyir, maddələr mübadiləsi pozulur və həmin bədən üzvü xəstəliyə düçar olur. Deməli, xəstəliyin qarşısını qabaqcadan almaq üçün həyat tərzinin vacib elementləri ilə bərabər bədənin tələb etdiyi istər bitki istərsədə heyvan mənşəli qidalarla qidalanmaq lazımdır. Qidalanmanın tənzimlənməsi maddələr mübadiləsində tarazlıq yaradaraq orqanizmin ümumi sağlamlığını təmin etdiyinə görə keçmiş kitablarda daha çox nəyi və necə yemək haqqında tövsiyələr verildiyi bildirilir. Orqanın xəstələnməməsi üçün uyğun qidadan müntəzəm sürətdə istifadə edilməlidir. Həyat fəliyyətini saxlamaq üçün insan hər gün istək əsnasında əlavə olaraq zülallar, yağlar, karbohidratlar, nuklein turşuları ilə zəngin qidalar qəbul etməlidir. Yeyinti məhsulları hesab olunan çörəkdə, ət və balıq məhsullarında, tərəvəz, süd və s. qidaların tərkibində həyat üçün zəruri maddələr, su, mineral duzlar, üzvü birləşmələr və vitaminlər vardır. Bildiyimiz kimi, günəş enerjisinin köməyi ilə bitkilərdən qeyri üzvi maddələr sintez olunur. Heyvanların bədəni bitki, yaxud heyvan mənşəli yeyinti məhsullarında olan maddələr hesabına qurulur. İnsan həm bitki, həm də heyvan mənşəli yeyinti məhsullarından istifadə edir.
Orqanizmdə qida ilə daxil olan yeyinti məhsulları orqanizmin həyat fəaliyyəti üçün zəruri enerji mənbəyi hesab olunur. Bitki mənşəli zülallara paxlakimilərə aid məhsullar, dənli bitkilər, lobya, mərci, buğda, düyü, qarğıdalı, arpa, vələmir, çovdar, soya proteini aiddir. Bu qidalarla qidalanmaq da bitki mənşəli olmalarına baxmayaraq insan sağlamlığı üçün faydalı hesab olunur.


Tarix: 08.01.2015 / 13:06 Müəllif: Aziza Baxılıb: 18 Bölmə: Saglamliq
loading...