Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ətiri əsla boynunuza vurmayın!

İstər mətbuatda istərsə də bir sıra məlumat mənbələrində sağlamlıq və gözəlliklə əlaqədar xəbərlər yayımlanır.
Sizlərin müzakirənizə təqdim olunacaq bu xəbər bir qədər fərqlidir.
Belə ki, yayımlanan bu xəbərdə bildirilir ki, Türkiyənin Eskişehir Osmangazi Universiteti (ESOGÜ) tibb fakültəsinin dermatalogiya sahəsində fəaliyyət göstərən prof. həkim İlham Sabunçunun sözlərinə görə ətirin birbaşa bədənə sıxılmaması lazımdır və ətrin tərkibindəki maddələrin yaxşı bilinməsi vacibdir.
O, bildirib ki, ''Ətiri günəş işığı görməyən, qulaq arxası ilə əl biləklərinizə və ya geyimlərinizə sıxın. Üz və boyun bölgəsi, günəşə məruz qalan sahələr olduğundan açıq havaya çıxarkən əsla bu bölgələrə ətir sıxmayın. Ətirdən, doğru istifadə dəri töküntüsü, qaşıntı kimi allergik reaksiyalara, bəzi ətirlər isə uzun zaman intervalında istifadə olunduqda qəhvəyi ləkələrə səbəb ola bilər. Ətir üzə doğru sıxıldığı zaman tənəffüs edilməsi halında isə həssas kəslərdə asmaya, tənəffüs problemlərinə və öskürəyə, gözlərdə isə allergiyaya gətirib çıxara bilər. Xüsusilə asma, miqren və ya allergiyası olanlar, ətirdən uzaq dayanmalıdırlar'' deyə bildirib.
Professorun fikrincə orijinal olmayan təqlid ətirlərin istifadə edilməsi, bir çox mənfi nəticələrə yol aça bilər. Orijinal olmayan ətirlərə əlavə olunan bəzi maddələr dəridə qalıcı ziyanlara səbəb ola bilər. Buna görə də qeyri orijinal ətirə etibar edilməməlidir, istifadə edilməsi halında isə qətiliklə dəriyə deyil, geyimlərə sıxılmalıdır.


Tarix: 08.01.2015 / 13:20 Müəllif: Aziza Baxılıb: 38 Bölmə: Saglamliq
loading...