Məlumata görə kişi sağlamlığı onun arvadının intellektli olmasınadan da asılıdır.
Bunu İsveç tədqiqatçıları müəyyənləşdirmişlər.
Məlumatdan aydın olur ki, kişilər həyat yoldaşı seçdikdə onların intellektli olmasına ciddi fikir verməlidirlər.
Başqa sözlə sağlam olmaq istəyən kişi hisslərdən əlavə ağıllı bir evlilik etməyi düşünməlidir.
Bu istiqamətdə aparılan tədqiqatların təhlili göstərib ki, ağıllı və savadlı xanımı olanların sağlamlıq durumu digərlərinə nisbətən daha yaxşı olur.
Belə ki, ağıllı qadınlar ərlərinin qida rasionuna nəzarət və s. məsələlərdə düzgün qərarlar qəbul edirlər.
Ailə və həyat tərzinin lazımi istiqamətdə inkişafına böyük köməklikləri olur.
Onlar daha səmərəli maliyyə vəsaiti qazanmaqdan əlavə evin idarə edilməsində də bədxərc olmurlar.
Bütün bunlar ailə üzvlərinin səhhəti üçün müsbət təsir göstərir.
Tarix: 08.01.2015 / 12:27 Müəllif: Aziza Baxılıb: 21 Bölmə: Saglamliq