Bədənin hər hansı bir yerində, yüngül yanma və batma kimi narahatlıqlarla ortaya çıxan qaşıntı hissi tibb dilində pruritus adlanır.
Qaşıntını doğuran səbəblər çox müxtəlifdir. Bunları belə sıralayıblar:
- Sabun, paltar tozları və bəzi boyaların səbəb olduğu qaşıntılar.
- Yun və ya neylon ayaqqabıların səbəb olduğu qaşıntılar.
- Bəzi kimyəvi maddələrin səbəb olduğu qaşıntılar.
- Yumurta, süd, çiyələk, soğan kimi bəzi qidaların səbəb olduğu qaşıntılar.
- Bəzi dərmanların səbəb olduğu qaşıntılar.
- Şəkər, qaraciyər, böyrək xəstəlikləri və ya leykozun səbəb olduğu qaşıntılar.
- Ekzema, su çiçəyi, qızılca, qırmızı, qızılca və ya dəri iltihabının səbəb olduğu qaşıntılar.
- Göbələyin səbəb olduğu qaşıntılar.
- Qıl qurdunun səbəb olduğu qaşıntılar.
- İshal və ya qəbizliyin səbəb olduğu qaşıntılar.
- Əsəbilik və ruhi çətinliklərin səbəb olduğu qaşıntılar.
Müalicənin ilk şərti, qaşınmanı doğuran səbəbi tapmaqdır. Bu vaxt mümkün olduğu qədər qaşımamaya cəhd edilir.
Tarix: 08.01.2015 / 13:24 Müəllif: Aziza Baxılıb: 29 Bölmə: Saglamliq