Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Siqareti tərgidənlərdə artıq çəki problemi

Səhərlər yeməkdən əvvəl siqaret çəkmədən günə başlaya bilməyən, hər fürsətdə dumanaltı olmaq üçün min bir cür çətinliyə dözən, siqaretsiz qaldığında isə sanki şəxsiyyətini dəyişdirəcək qədər özünü itirən bu cür siqaret alüdəçiləri günümüzdə vardır. Bu baxımdan onlar sağlamlıqlarını, gələcəklərini təhlükəyə atmış olurlar.
Bəziləri bu və ya digər səbəblərdən siqareti tərgitməyə üstünlük verir. Bəziləri isə bəhanələr gətirərək tərgidə bilmədiklərini və ya hansısa problemlərlə üzləşəcəklərini bu və ya digər şəkildə öz günlük fəaliyyətlərində təcəssüm etdirirlər. Bu cür bəhanə və problemlərdən biri internetdə yayımlanan "siqareti tərgitdikdən sonra artıq çəki alma problemləridir". Bu xəbərlərin birində qeyd olunur ki, siqaret alüdəçilərinin ən böyük qorxusu, siqareti buraxdıqdan sonra artıq çəki problemidir. Lakin bu bir həqiqətdir ki, günümüzdə artıq çkidən xilas olmaq üçün istər texnologiyanın və müasir tibbin nailiyyətlərindən, istərsədə müxtəlif pəhriz və qidalanma rasionu sayəsində bu cür bəhanələr əsassızdır. Siqareti buraxmağın artıq çəki problemi yaratdığını bilməyənlər isə bildikdən sonra bu səbəbə istiqamətli bir strategiya və ya plan hazırlasalar yaxşı olar. Artıq çəki problemi olanlar üçün idman, düzgün qidalanma, işgüzarlıq vacib məsələlərdən hesab olunur. Siqareti buraxdıqdan sonra çəki almanın səbəblərinə isə siqaret dumanındakı kimyəvi birləşmələrdən olan nikotinin bədəndən çıxdığında, qısa müddətdə kilo almağa şərait yaratdığı bildirilir. Siqareti buraxdıqdan sonrakı ilk həftə bədənin su tutduğunda 1-2 kilo atıq çəki almasıda məlumatlarda öz əksini tapıb. Siqareti buraxdıqda bədənin kalori ehtiyacı azaldığından bunlar yandırılmır və artıq çəkiyə çevrildiyi bildirilir.


Tarix: 08.01.2015 / 13:16 Müəllif: Aziza Baxılıb: 38 Bölmə: Saglamliq
loading...