Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaz fəslində xeyirli olan vitaminlər

Bahar aylarında bir sıra insanlarda dəmir çatışmazlığı olduğundan vitaminlərlə zəngin olan ət və tərəvəzlərin bol miqdarda istifadə edilməsi uyğun görülür.
Qəhvə kimi kofeinli içkilərdən isə uzaq durmaq məsləhətdir. Bahar mövsümündə vitamin qəbulu da yaxşı nizamlanmalıdır. Xüsusilə C, D və E vitaminlərinin qəbulu vacibdir. C vitamini qış mövsümündə lazımlı olduğu üçün yaz dövründə də istifadə oluna bilər. Xüsusilə limon, portağal, kivi və ananas C vitamini baxımından zəngindir. Faydalı vitaminlərlə zəngin tərəvəz, meyvə və qidalar bu mövsümdə bol miqdarda istifadə edilməlidir. Digər tərəfdən, D vitamininin də maddələr mübadiləsinə təsiri olduğu bildirilir. Bahar aylarında günəş şüaları təsiriylə provitaminlərdən sintez olunan D vitamini, eyni zamanda maddələr mübadiləsində kalsium və fosforun istifadəsini asanlaşdırır. Qaraciyər, balıq, yumurta, pendir kimi heyvani qidaların D vitamini baxımından zəngin olduğu üçün "Göbələk və tərəvəzlər” də vitamin qaynağı kimi istifadə edilə bilər. E vitamini isə daha çox taxıllarda olur. Günümüzün məşhur mövzularından biri olan tam undan edilmiş çörək bu baxımdan son dərəcə əhəmiyyətlidir. Sağlamlıq baxımından da tam undan edilmiş çörək istifadə etmək məsləhət görülür. Fındıq, qoz, yaşıl tərəvəzlər, pomidor və kartof da zəngin bir E vitamini deposu hesap olunur.


Tarix: 08.01.2015 / 13:06 Müəllif: Aziza Baxılıb: 30 Bölmə: Saglamliq
loading...