Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Başı suya salmaq

Əgər oruc tutan şəxs başını bütövlüklə qəsdən suya batırsa (suyun altına salsa), hətta bədəni sudan çöldə qalsa da, vacib ehtiyata əsasən, gərək bu orucun qəzasını tutsun. Amma əgər bədəninin hamısı suyun altında, başının bir hissəsi isə çöldə olsa orucu batil olmaz.

Əgər şəxs əvvəlcə başının bir yarısını, sonra o biri yarısını suya batırsa orucu batil olmaz.

Əgər şəxs ixtiyarsız olaraq suya düşsə və ya başının hamısı suya batsa, orucu batil olmaz

Əgər şəxs oruc olduğunu unudub irtimasi qüsl niyyətilə başını bütövlüklə suyun altına salsa orucu və aldığı qüsl səhihdir.

Qeyd: Suyun altına başını salmaq dedikdə, duşun altında çimmək kimi əməl nəzərdə tutulmur. Məsələn hovuza, çaya, dənizə baş vurmaq, başı bütövlüklə vannadakı suyun altına salmaq kimi əməl nəzərdə tutulur.


Tarix: 08.01.2013 / 11:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 282 Bölmə: Ramazan
loading...