Sual: Ramazanda hansı daha yaxşıdır: Quran oxumaq yoxsa nafilə namazlar qılmaq?
Cavab:Həmd Allaha məxsusdur.
Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) Sünnəsi Ramazanda çoxlu müxtəlif növ ibadətlər etməyə dəlalət edir. Cəbrayıl (Ona Allahın salamı olsun) Quranı Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) ilə gecə təkrar edərdi və Cəbrayıl Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) ilə görüşdükdə o (Ona Allahın salavatı və salamı olsun) sədəqə verməkdə əsən küləkdən daha səxavətli olardı. İnsanların ən səxavətlisi idi və Ramazanda isə səxavətliliyi ən yüksək zirvəsinə çatardı. Bu vaxt əsnasında daha çox sədəqə verər və insanlar ilə daha xoş, gözəl rəftar edərdi; daha çox Quran tilavəti edər, daha çox namaz qılar, daha çox zikr edər və etikaf etmək üçün vaxt ayırardı. Bu mübarək, müqəddəs ayın bu aspekti yönündən Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) yolu bu idi.
Ramazanda Quran oxumaq, yoxsa nafilə namazları əda etmək, hansı daha yaxşıdır məsələsinə gəldikdə, bu məsələ insanların halına, vəziyyətinə görə dəyişir. Bunu ən yaxşı qiymətləndirən isə Allahdır. Çünki O hər şeyi bilir.
“Əl-cəvəb əs-sahih min əhkam salət əl-leyl vəl-tərəvih”, Şeyx Əbdüləziz ibn Bəzz, səh.45
Tarix: 03.04.2013 / 22:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 156 Bölmə: Ramazan