Sual- Oruc tutana bəlğəm və ya burundan çıxan suyu udmağın hökmü nədir?
Cavab-Bəlğəm və ya burundan çıxan su ağıza çatmayıbsa yekdil olaraq orucu pozmur. Amma ağıza çatandan sonra udubsa bu haqda iki rəy vardır.
a. Bəzi alimlər deyirlər ki, belə halda oruc pozulur. Onlar bunu yemək-içməyə bənzədərək belə deyirlər.
b. Başqa alimlər isə deyirlər ki, belə hal orucu batil etmir. Bu alimlər isə bunu ağız suyuna bənzədərək belə deyirlər.
Çünki ağız suyunu ağzında cəm edib udarsa bu orucu batil etmir. Amma alimlər ixtilaf etdikdə bizim istinadımız Allahın kitabı və Peyğəmbərin ona Allahın salavatı və salamı olsun sünnəsi olmalıdır. Həmçinin biz bir işin ibadəti pozmasında şəkk etsək ki, bu ibadəti batil edir yoxsa yox? Əsl odur ki, batil etmir. Buna əsasən də bəlğəm və burundan axan suyu udmaq orucu batil etmir. Hər halda insan oruclu olsada olmasa da belə şeyləri udmaqdan çəkinməlidir və ağzına gələnləri bayıra çıxartmalıdır. Amma bunun orucu batil etməsinə isə dəlil lazımdır ki, insan üçün Allah qarşısında hüccət (sübut) olsun.
Şeyx İbn Useymin (Allah ona rəhmət etsin!)
Tarix: 04.04.2013 / 21:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 175 Bölmə: Ramazan