Qəsdən qusmaq
1. Əgər qruc tutan şəxs qəsdən qussa, hətta xəstəlik və s. səbəbdən də qəsdən qusmağa məcbur olsa orucu batildir. Amma səhvən, yaxud ixtiyarsız olaraq qussa eybi yoxdur.
2. Əgər oruc tutan şəxs qusmağının qarşısını ala bilərsə və bunun da o şəxsə zərəri və çətinliyi olmazsa gərək qusmağın qarşısını alsın.
3. Əgər şəxs bir şeyi səhvən udsavə mədəsinə çatmamış oruc olduğu yadına düşsə, bu halda udduğu şey çox aşağı getmiş olsa və onu udmaq yemək hesab olunmazsa çıxarmaq lazım deyil, orucu da səhihdir.
4. Əgər şəxs gəyirsə və ixtiyarsız olaraq bir şey boğazına və ya ağzına gəlsə onu çölə tökməlidir. Əgər ixtiyarsız olaraq udsa orucu səhihdir.
Tarix: 08.01.2013 / 11:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 233 Bölmə: Ramazan
loading...