Oruc tutana bir neçə şey məkruhdur (xoşagəlməzdir, lakin orucu batil etmir):
- Gözə dərman tökmək, sürmə çəkmək (əgər dadı, iyi boğaza çatarsa);
- Zəifliyə səbəb olan iş görmək (qan vermək kimi);
- Ətirli bitkiləri, gülləri iyləmək;
- Əynindəki paltarı islatmaq;
- Dişini çəkdirmək və ağızdan qan gəlməyə səbəb olan bütün işləri görmək;
- Yaş çubuqla, fırça ilə diş təmizləmək;
- Qadının suda oturması, məsələn: vanna qəbul etməsi;
- Oruc tutan şəxsin məninin çölə gəlməsi məqsədi olmadan öz qadınını öpməsi, yaxud şəhvətini (cinsi ehtirasını) təhrik edən bir iş görməsi.
Haşiyə: Əgər şəxs məsələni bilməklə orucu batil edən işlərdən birini görsə, bu halda
- Əgər məsələni öyrənə bilərdisə, ehtiyata görə kəffarə ona vacibdir;
- Əgər məsələni öyrənə bilməzdisə və ya ümumiyyətlə, məsələdən agah deyildisə, yaxud müyyən bir şeyin orucu batil etməyəcəyinə əmin idisə o şəxsə kəffarə vacib deyil.
Tarix: 08.01.2013 / 11:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 324 Bölmə: Ramazan