İmadeddin Nesimi
Könlümün şəhrini çün kim, eylədi yəğmayi-eşq,
Saldı aləm mülkünə şuru şəru qovğayi-eşq!
Çıxdı sirrim aləmə, əsrarımı faş eylədi,
Halıma həmdəm olandan dünhyaya sevdiyi-eşq.
Nitq imiş aləmdə mövcud, eşq imiş qaim məqam,
Bizə bildirdi əzəldən rəhbəri-mövlayi eşq.
Sən humayi-laməkansan, kəndözündən bixəbər,
Gəlmədin ta kim, görəsən mənzili-əlayi-eşq.
Çıx qəfəsdən, gəygil, ey bulbul,gülüstan seyrin et,
Bas qədəm meydani-eşqə görəsən məvayi eşq.
Eşq ilə hər dəm, Nəsimi, seyr edərsən Kuhi-qaf,
Sənsən ol ali məqamda şəhpəri-ənqayi-eşq.
Tarix: 31.03.2013 / 17:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 140 Bölmə: Qezeller
loading...