Bir vadiyə gizlincə gəlib, gəzdi bu atlar,
Xoşbəxtdi – yüyənsizdi, yəhərsizdi bu atlar.
Bəhs ilə ki, cövlan eləyib, vəcdə gəlirdi,
Sandım, necə dərdsizdi, kədərsizdi bu atlar!
Qaçdıqca, küləklər yalı hey dalğaladırdı,
Vallahi, gözəllikdə qədərsizdi bu atlar!
Dəydikcə həvəsnən yerə nadinc o ayaqlar,
Bir bax, çalınır cəngi, təbilsizdi bu atlar!
Çıxmış necə Əhrari* qoyan çərçivəsindən.
Azadlığa?! Azadə vətənsizdi bu atlar?
Saçları hənalı, qaragöz, nazlı gəlintək.
Əylənməyə bir xeyli gəzib, bezdi bu atlar.
Qalmazmı əlamət elə çılğın qaçhaqaçdan?!
Bir az su içib durdu, xətərsizdi bu atlar...
Artiq o uzaq tozlu bulud ərşə dirənmiş,
Öz ilxısı itmiş və xəbərsizdi bu atlar.
Sevdalı o gözlər, Ələmiynən yasa düşdü:
Duymuş ki, yəqin yara yetərsizdi bu atlar.
* Cənubi azərbaycanlı rəssam İbrahim Əhrari
nəzərdə tutulur.
Tarix: 31.03.2013 / 17:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 140 Bölmə: Qezeller