Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rubailer

1.Yaxşı dost dünyada dünya
varıdır..
İnsanın dar gündə dağ vüqarıdır..
Bıetibar dostdan uzaq gəz dolan..
Dostu dost eyleyən etibarıdır..
2.Bu gün bağçalarda açan hər
çiçək..
Sabah solacaqdır-bəll i bu gerçək..
Gəl sən də uyma bu fani dünyaya..
Solan gözəlliklər eşqindən əl çək..
3.Min bir gözəlliyə bürünüb bahar..
Hər yanda sevincdən bir əlamət
var..
Təbiət sevinib şadlıq edərkən..
Bəs niyə könlümü əzir dərd,qubar..
4.Məqsədin can almaq isə al,əl
çək..
Daha bu işvə-naz nəyinə gərək..
Bilməm ki Əzrail nəyə gərəkdir..
Sənintək canalan varsa,ey mələk..
5.Saqi,gəl,mey gətir,meyimiz
bitmiş..
Ömür də qədəhtək yarıya yetmiş..
Qoy bu gün keyf edək,ömrə vəfa
yox..
Dünya beş günlükdür,yarıs ı
getmiş..
6.Könlümü əzəldən yaralı gördüm..
Bəxtimi günümtək qaralı gördüm..
Xoş gündə yanımda olan
dostların..
Dar gündə hamısın aralı gördüm..
7.Varlıdır,kası bdır,nökərdir ya xan..
Dünyadan lüt gedər lüt gələn
insan..
Qalarsa bir zaman fərqi bilinməz..
Torpağın altında gəda ya sultan..
8.Yanağın qızarmış qızılgül kimi..
Tellərin düzülmüş tər sünbül kimi..
Hüsnün ki bir bağa bənzəyir,ey
yar..
Dolanım başına mən bülbül kimi..
9.Ey könül,eşq odu düşəndə canə..
Eşqin əzabını etmə bəhanə..
Adətdir aşiqlər qorxmaz əzabdan..
Necə şəm odunda yanır pərvanə..
10.Zaman öz atını çapır dördnala..
Qoyma ürəyində bir arzun qala..
Ömrün hər anının qədrini bil ki..
Bir gün əcəl atın çıxacaq yola..


Tarix: 19.10.2014 / 12:29 Müəllif: COSQUN_SUMQAYITISKI Baxılıb: 240 Bölmə: Qezeller
loading...