Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Molla Göyçə

Molla Göyçə - Qərbi Azərbaycanın Şörəyel mahalı (Şirək-el) ərazisində şəhər. 1935-ci ildə adı dəyişdirilmiş və Maralik qoyulmuşdur.

Tarixi
Molla Kökcə - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Ağin (Ani) rayonunda şəhər tipli qəsəbə. Gümrü İrəvan yolunun 10 km-də, Qaranqu çayının sol sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.127), Qafqazın 5 verstlik xəritəsində (348, s.177) qeyd edilmişdir.

Toponim dini məna bildirən molla və göyçə türk etnoniminin (271, s.42) birləşməsindən əmələ gəlmişdir. Göyçə etnonimi Seyfəddin Dəməşq Xocadan sonra döyər türk tayfasının başçısı olan Göyçə Musa şəxs adında da özünü göstərir (238, s.249). Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Erm. SSR AS RH-nin 3.l. 1935ciil fərmanı ilə kəndin adı dəyişdirilib Maralik qoyulmuşdur.


Tarix: 09.02.2015 / 15:57 Müəllif: Feriska Baxılıb: 61 Bölmə: Qərbi Azərbaycan
loading...