Həyatı
Vaqif Kərimov 1966-cı ildə Qərbi Azərbaycanın Göyçə mahalında anadan olmuşdur. 1993-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirmiş, müxtəlif idarə və təşkilatlarda hüquqşünas işləmişdir.
Azərbaycan Beynəlxalq Universitetində və Qərb Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Hazırda ixtisası üzrə fəaliyyətini davam etdirir.
Ədəbi yaradıcılığa şeirlə başlamış, müxtəlif janrlarda (qoşma, qəzəl, bayatı, rübai, satirik və mənsur şeirlər)nəzm əsərləri yazmışdır. Vətən və millət sevgisi, cəmiyyətdə baş verən ictimai-siyasi proseslər,ümumbəşəri duyğular şeirlərinin əsas mövzusudur. Bir neçə iri həcmli nəzm əsərinin - poemaların müəllifidir.
"Qoşa zirvə" adlı ən böyük poeması prezident İlham Əliyevə həsr olunmuşdur. "Ardanış həsrəti" poeması isə doğma yurd həsrətindən, ulu Göyçənin şanlı tarixindən, doğulub böyüdüyü sazlı-sözlü mühitdən bəhs edir. Qafqazda erməni siyasətinə və Azərbaycan tarixinin müxtəlif istiqamətlərinə , o cümlədən Göyçə mahalının tarixinə və bu ərazidəki toponimlərə aid tədqiqatları əks etdirən bir sıra kitabların müəllifidir. Müxtəlif mövzularda bir sıra publisistik məqalələrin və bir avtobioqrafik romanın müəllifidir.
Kitabları
“Sənin xətrinə”,
“Qoşa zirvə”,
“Göyçə aşıq və şairlərinin yaradıcılığında aforizm və nəsihətlər”,
“Özüm və sözüm”,
"Güllə gözümə dəysin"
“Göyçə mahalının Ardanış kəndi” (həmmüəll
"Azərbaycan Respublikası qanunvericiliyində güzəşt və imtiyazlar" (tərtibçi)
"Azərbaycan Respublikasında Gender bərabərliyi (tərtibçi)
"Azərbaycan Respublikasının Səhiyyə qanunvericiliyi Toplusu (tərtibçi)
Haqqında yazılanlar
"Xalq qəzeti" (2007-ci il, 7 may),
"Bir nəslin tarixcəsi" kitabı (A. Dəmirçioğlu, Bakı-2009),
"Qoşa zirvə" qəzeti (2011-ci il, sentyabr),
"Sərbəst qəzet" (2013-cü il),
"Zəngəzurun səsi" qəzeti (2013-cü il),
"Oğuz yurdu Haqqıxlı" (Bakı-2013) kitabında filosof, şair Rüstəm Behrudinin "Dilicandan qalxan duman" adlı yazısı.
Tarix: 05.02.2015 / 18:28 Müəllif: Feriska Baxılıb: 274 Bölmə: Qərbi Azərbaycan