Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qaraçanta

Qaraçanta (1935-ci ildən Əzizbəyov, 1991-ci ildən Areqnadem) — Ermənistan SSR Amasiya (Ağbaba) rayonunda kənd.

Tarixi
Qaraçanta kəndi rayon mərkəzindən 6 km cənub-qərbdə, Gümrü-Amasiya yolunun sol tərəfində yerləşir. Xalqın "Hulley" adlandırdığı dağın ətəyində yerləşən kəndin 1.5 km cənubundan Arpaçay keçir. Kənddən Ələyəz dağını görmək mümkündür. Kəndin əhalisi 1897-ci ildə 440, 1905-ci ildə 665, 1914-cii ildə 729, 1931-ci ildə 692, 1959-cu ildə 803, 1980-ci ildə 1940 nəfər olub. 1988-ci ildə azərbaycanlıların Ermənistandan kütləvi şəkildə köçürülməsinə başlanan vaxt kənd əhalisi kəndi tərk etmişdir. 1988-ci ilin sonuna olan bəzi məlumatlara görə kəndin əhalisi 1500 nəfər olmuşdur.

Görkəmli şəxsiyyətləri
Səxavət Məhərrəmov — Azərbaycan Milli Qəhrəman
Məhərrəm Seyidov (şəhid) — ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur
Ramiz Əskər — filologiya elmləri doktoru, professor, yazar və tərcüməçi, "Şöhrət" ordeni laureatı
Hamlet Əskərov - kimya elmləri namizədi, dosent
Yavər Hüseynov - fizika elmləri namizədi
Tənzilə Rüstəmxanlı - Azəri Türk Qadınlar Birliyi-nin sədri
Firuz Kazımoğlu — telejurnalist, ssenari müəllifi
Pərviz Abdullayev — texnika elmləri namizədi
Nizami Adıgözəlov - kimya elmləri namizədi
İsmixan Əliyev - elmlər namizədi
Sübhan Namazov - elmlər namizədi
Pərvanə Qurbanova (alim) - fəlsəfə doktoru, dossent
Əsgər Əsgərov (d.14.03.1936. Qaraçanta, [Şörəyeli mahalı]) - SSRİ Jurnalistlər Birliyinin üzvü (1967), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1986), “Təbib” nəşriyyatının baş redaktoru (2009)


Tarix: 06.02.2015 / 18:50 Müəllif: Feriska Baxılıb: 298 Bölmə: Qərbi Azərbaycan
loading...