Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ardanış - Torpaq növləri

Ardanışın müəyyən ərazilərində şabalıdı torpaqlar yayılıb. Bu torpaqlar dağ-qara torpaqları ilə birlikdə əkinçilik üçün olduqca yararlıdır. Tərkibində dəmir oksidinin miqdarı 15-20% olan torpaqlar sarı torpaqlardır. "Sarı güney", "Puş yeri" və "Sarı yal" adlanan ərazi belə torpaqların formalaşdığı ərazilərdir. Düzənliklərdə isə boz və boz-qonur torpaqlar mövcuddur. Dağ-çəmən torpaqları da geniş yayılmışdır. Bu torpaqlar subalp və alp çəmənlikləri altında inkişaf etmişdir. Otlaq və biçənəklərdən ibarət bu ərazilər əsasən Ardanışın şimal hissəsinə aid edilir. Meşə və kolluqlarda boz-qəhvəyi torpaqlar yayılıb. Ardanış və ətraf kəndlərin torpaq örtüyü elmi-tədqiqat institutlarının mütəxəssisləri tərəfindən ötən əsrin 60-70-ci illərində geniş tədqiq olunmuşdur.


Tarix: 07.02.2015 / 13:15 Müəllif: Feriska Baxılıb: 31 Bölmə: Qərbi Azərbaycan
loading...