Həyatı
1975-ci ildə Göyçə mahalı Basarkeçər bölgəsinin Zərkənd kəndində dünyaya gəlib. 1988-ci il hadisələri ilə bağlı ailəlikcə əvvəlcə Kəlbəcər rayonunun Kilsəli kəndində, daha sonra isə Qaradağ rayonunun Sahil qəsəbəsi ndə məskunlaşıblar. Sahil qəsəbəsindəki 228 saylı orta məktəbdə təhsil almışdır.
Qurban Həsənov 1994-cü ildə hərbi xidmətə çağrılmış, hərbi xidmətdə özünü nümunəvi əskər kimi göstərmişdir.
Gənc yaşlarından poeziyaya maraq göstərmiş, şeir və məqalələri vaxtaşırı “Zaman”, “Naftalan”, “Kəlbəcər harayı”, “Dövlətçilik”, “Vedibasar”, “Milli Qəhrəman”, “Gənc jurnalist” qəzet və jurnallarda çap edilmişdir.
Qurban Həsənovun “Ulu Göyçə” adlı ilk kitabı 2001-ci ildə “Adiloğlu” nəşriyyatında işıq üzü görmüşdür. Qurban 2005-ci ildə Azərbaycan İctimai-Siyasi Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
Hazırda Dövlət Neft Şirkətinin " Azərneftyağ " neft emalı zavodunda çalışır.
Ailəlidir, bir övladı vardır.
Əsərləri
“Ulu Göyçə” Bakı, 2001-ci il “Adiloğlu” nəşriyyatı.
"Zərkənd" Bakı, "AKE NPM"-2013. 328 səh., şəkilli. (Tacir Səmimi ilə ortaqlı)
Tarix: 05.02.2015 / 18:05 Müəllif: Feriska Baxılıb: 85 Bölmə: Qərbi Azərbaycan