Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çaxırlı (Göyçə)

Tarixi
Çaxırlı kəndinin tarixi qədimlərə gedib çıxır. Deyilənlərə görə, orta əsirlərə gedib çıxır. Kənd rayon mərkəzindən 3 km qərbdə yerləşib. Cənubdan Subatan, qərbdən Tüstülü, cənubda isə Qırxbulaq kəndləri ilə həmsərhəddir.

Qaçaqaç dövrünədək kolxozda 2000-dən çox xırdabuynuzlu, 200 baş iribuynuzlu heyvan olub. Ərazisi isə Gillidən Qırmızıdağadək 50 km olan bir ərazini zəhatə edirdi. Kəndin torpaqlarının çoxluğunu görən erməni rəhbərləri 1948–ci ildə Sirxana calası deyilən ərazini Basarkeçərə, 270 ha torpağı isə Qırxbulağa verir. Hansı ki, adıçəkilən yaşayış məntəqələrində ermənilər yaşayırdılar. Son vaxtlar isə Çaxırlının balansında 3500 ha torpaq sahəsi qalıb.

Ermənilərin Göyçə mahalına, o cümlədən Çaxırlıya axını 1884-cü ildə baş verir. Bir neçə erməni gəlib kənddə məskunlaşsa da, ötən əsrin əvvəllərində onların sayı daha da artmışdır. Belə ki, 1917-20-ci ildə isə kəndə Türkiyə, Suriya, Livandan gələn 200-dən çox ailə yerləşdirilir. Tək bir erməni tayfası Aşağı Zağa kəndindən gələrək orada məskunlaşıblar.

Şəxsiyyətləri
Zaman Abdulla (tam adı:Abdullayev Zaman Məsimalı oğlu), (d.1938, Çaxırlı, Göyçə - ö. 09.08.2004, Bakı) – şair.


Tarix: 06.02.2015 / 19:14 Müəllif: Feriska Baxılıb: 50 Bölmə: Qərbi Azərbaycan
loading...