Keşişkənd - Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Dərələyəz mahalı ərazisində rayon.
Tarixi
1931-ci il oktyabrın 15-də yaradılıb. 1935-ci il yanvarın 3-nə kimi Keşişkənd rayonu, həmin tarixdən 1957-ci il dekabrın 6-na kimi Mikoyan rayonu, ondan sonra isə Yeğeqnadzor rayonu adlandırılıb. Ərazisi 1134 kv km-dir. Rayon mərkəzi Keşişkənd rayonudur. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 122 km-dir.
Keşişkənd rayonunu Göyçə mahalından Səlim kəndi ayırır. Rayon ərazisindən Arpa və Herher çayları axır. Bir tərəfdən Basarkeçər yaylağı, digər tərəfdən isə Dərələyəz dağ silsiləsi ilə əhatələnmişdir.
1905, 1916-1918-i illərdə rayon ərazisi erməni daşnaklarının hücumlarına məruz qalıb. 1918-ci ilin yazında daşnaq Yaponun hücumlarından yaxa qurtarmaq üçün dinc əhali Vedibasar özünümüdafiə dəstələrinin komandanı Abbasqulu bəy Şadlinskinin mühafizəsi ilə müvəqqəti olaraq Güney Azərbaycanda sığınacaq tapdılar və sonradan həmin əhali Naxçıvandan keçərək öz yurdlarına qayıtmışdı. 1920-ci ildə rayon ərazisində 66 sırf azərbaycanlı kəndi olduğu halda 1988-ci ildə bu rəqəm 7-yə endirilmişdi: Ələyəz, Aysəsi, Qovuşuq, Qabaxlı, Gülüdüzü, Qaraqaya, Qoturvan.
1988-ci ilə qədər azərbaycanlıların yaşamaqda davam etdikləri və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri: Aysəsi, Qovuşuq, Qabaxlı, Gülüdüzü, Qaraqaya, Qoturvan, Ələyəz, Qalasər, Əmağu, Sallı, Hors, Ağkənd, Civə və s.
Tarix: 07.02.2015 / 13:30 Müəllif: Feriska Baxılıb: 39 Bölmə: Qərbi Azərbaycan