Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qarahamzalı

Tarixi
Toponim İrəvan quberniyası İrəvan qəzasında qarahəmzəli nəsil adı əsasında əmələ gəlmişdir. Patronomik və sadə toponimdir. 1918-ci ildə kəndin adı dəyişdirilib Tamamlı, 1920-ci ildə yenidən dəyişdirilərək Burastan qoyulmuşdur. Yaxınlıqda yerləşən Tamamlı kəndi Qarahəmzalı kəndi ilə birləşdirilmişdir. Tamamlıda 1905-ci ildə 27 nəfər azərbaycanlı olmuşdur. Birləşdirilmiş kəndlər Burastan adlandırılmışdır. Erməni əhalisi buraya 1829-1830-cu illərdə İrandan gəlmişlər.

Coğrafiyası və iqlimi
Ermənistan SSR Artaşat (Qəmərli) rayonunda, rayon mərkəzindən 4 km şimal-qərbdə kənd.

Əhalisi
Kənddə tarixən yalnız azərbaycanlılar yaşamışdır. Ermənilər buraya 1828-ci ildən sonra İrandan köçürülmüşdür. Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 55 nəfər, 1873-cü ildə 192 nəfər, 1886-cı ildə 247 nəfər, 1897-ci ildə 269 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ilin fevral ayında azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 143 nəfər, 1926-cı ildə 157 nəfər, 1931-ci ildə 167 nəfər azərbaycanlı yaşamışdır.

SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-1953-cü illərdə azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya edilərək zorla Azərbaycana köçürülmüşdür. İndi burada ancaq gəlmə ermənilər yaşayırlar.


Tarix: 06.02.2015 / 18:48 Müəllif: Feriska Baxılıb: 51 Bölmə: Qərbi Azərbaycan
loading...