Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qocaman Qocamanov

Həyatı
Qocamanov Qocaman Camal oğlu 1923-cü ildə Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. Atası Camal kişi Qocamanın iki yaşı olarkən, Kərbəlaya getmiş və oranı ziyarət etdikdən sonra xəstələnmiş, orada vəfat etmiş və öz vəsiyyətinə görə Kərbəlada dəfn olunmuşdur. Odur ki, ailənin vəziyyəti ağırlaşmışdır. Qocamanın qardaşları Balış, Albaba və Böyükkişinin köməkliyi nəticəsində Qocaman böyüyüb ərsəyə çatmışdır.

1941-1945-ci illərdə Qocaman Böyük Vətən müharibəsinə getməmiş, qaçaqlıq etmiş və anası Gülgəz Maqsudqızının qohumlarının yaşadığı Bərdə rayonuna gəlmişdir. Burada bir müddət müharibədən gizlənsə də onu tuturlar. Həbsxanada olarkən Qocaman xüsusi hörməti, davranışı, istedadlı olması, şeirlər yazması, dini qaydalara hörmətlə yanaşması onun köməyinə çatmışdır. O, həbsxanada qazandığı hörmətə görə bəraət verilərək azadlığa buraxılır.

1988-ci ildə Göyçə mahalının Daşkənd kəndindən deportasiya olunduqdan sonra hal-hazıra qədər Bərdə rayonunun Yeni Daşkənd kəndində yaşayır. 8 övladı, 24 nəvəsi və nəticəsi var.

Yaradıcılığı
Qocaman hələ uşaqlıq yaşlarından aşıqların və din xadimlərinin yanından əl çəkməmiş və orta təhsilli olmasa da eşitdiklərinin hamısını yaddaşında saxlamışdır. Qocaman özü də Göyçəyə bir sıra bayatılar və şeirlər qoşmuşdur. Şair Məmmədhüseynin, Aşıq Alının, Aşıq Ələsgərin, Aslan Məmmədsadiqoğlunun, Həsən Xəyallının, Daşkəndli Aşıq Ziyadın şeirlərini əzbərdən bilir. Həmişə Göyçə həsrəti ilə yaşayır.

2007-ci ildə "Nurlan" nəşriyyatında "Göyçə mahalında, Daşkənd elində" adlı kitabı çap olunub.


Tarix: 05.02.2015 / 18:04 Müəllif: Feriska Baxılıb: 124 Bölmə: Qərbi Azərbaycan
loading...