Hüseynov Knyaz Çoban oğlu — Azərbaycanlı şair, “Qızıl qələm” mükafatı, “Xalqın nüfuzlu ziyaslısı” fəxri diplomu ilə təltif edilib.
Həyatı
1954-cü il fevralın 20-də Qərbi Azərbaycanda, Göyçə mahalının Aşağı Şorca kəndində anadan olub.
S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini bitirib. 1978-ci ildən ixtisası üzrə müəllim, 1988-ci ildən isə məktəb direktoru işləyir.
1973-cü ildən – orta məktəbi bitirdiyi gündən mətbuatda çıxış etmişdir. “Vardenis” rayon və “Sovet Ermənistanı” respublika qəzetlərində məqalələri, habelə şeirləri dərc olunub. 1988-ci il deportasiyasınadək Göyçə mahalının Aşağı Şorca kəndində ədəbiyyat müəllimi işləmişdir. “Vardenis” rayon qəzetinin müxbiri vəzifəsində çalışıb. Qəzetdəki fəaliyyətinə görə 1976-cı ildə Vardenis Rayon İcraiyyə Komitəsinin, 1977-ci ildə isə Vardenis Rayon Komsomol Komitəsinin “Fəxri Fərman”ları ilə mükafatlandırılmışdır.
1988-ci ildən Şəmkir rayonunda yaşayır. Burada nəşr olunan “Şəmkir” (keçmiş “Ulduz”) rayon qəzetində şeirləri dərc olunub.
1991-ci ildə yaradıcılığı barədə qocaman şair Cavad Cavadlı “Azərbaycan müəllimi” qəzetində müsbət fikir söyləmişdir. 1994-cü ildə “Azərbaycan müəllimi” qəzetində “Dəm vurar” adlı satirik şeiri dərc olunmuşdur.
Mətbuatda mütəmadi çıxışlarına görə “Qızıl qələm” mükafatı, “Xalqın nüfuzlu ziyaslısı” fəxri diplomu ilə təltif edilib. Eyni zamanda “Əsrin ziyalısı” İctimai Birliyinin fəxri diplomuna layiq görülüb.
Sizə təqdim etdiyimiz bu kitab, şairin ilk şeirlər kitabıdır.
Hazırda Şəmkir şəhərində yaşayır və məktəb direktoru işləyir.
Ailəlidir, bir qızı, üç nəvəsi var.
Kitabları
"Tanrıdan diləyim", Bakı, 2013.
Tarix: 05.02.2015 / 17:36 Müəllif: Feriska Baxılıb: 133 Bölmə: Qərbi Azərbaycan