Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qızılvəng

Tarixi
Kənd rаyоn mərkəzi Bаsаrkеçərdən 17 km məsаfədə yеrləşir.

27 аprеl 1946-cı ildə isə Çiçəkli аdlаndırılmışdır.

1978-ci ildə kənd еrmənicə Mаkеnis аdlаndırılmışdır.

Mədəniyyəti
Qızılvəng - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Rayon mərkəzindən 15 km cənub-şərqdə, Alagöz çayının yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.116), Qafqazın 5 verstlik xəritəsində (348, s.131) qeyd edilmişdir.

Kənddə 1873 - cü ildə 429 nəfər, 1886-cı ildə 469 nəfər, 1897-ci ildə 563 nəfər, 1908-ci ildə 733 nəfər, 1914 - cü ildə 812 nəfər, 1916-cı ildə 807 nəfər azərbaycanlı yaşamışdır (415, s.26-27, 112-113). 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşdıır. Kənddə İran və Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə qayıda bilmişlər. Burada 1922-ci ildə ermənilərlə yanaşı 168 nəfər, 1926-cı ildə 241 nəfər, 1931-ci ildə 282 nəfər azərbaycanlı yaşamışdır (415, s.27, 113).

Toponim qırmızı mənasında işlənən qızıl və kilsə sözünün sinonimi olan vəng sözlərinin birləşməsindən əmələ gəlmişdir. Kənddə albanlara məxsus qırmızı rəngdə kilsə olduğu üçün Qızılvəng (Qızılkilsə) adlandırılmışdır. Quruluşca mürəkkəb toponimdir.

Erm. SSR AS RH-nin 24.VII.1940-cı il fərmanı ilə adı dəyişdirilib Çiçəkli, 25.l.1978-ci il fərmanı ilə yenidən dəyişdirilərək Makenis qoyulmuşdur.

Əhalisi
1988-ci ilə qədər azərbaycanlılar

İqtisadiyyatı
Əkinçilik və heyvandalıq


Tarix: 06.02.2015 / 18:52 Müəllif: Feriska Baxılıb: 63 Bölmə: Qərbi Azərbaycan
loading...