Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vüqar Dərgahov

Həyatı
Vüqar Dərgahov 1974-cü il yanvarın 1-də Ermənistan respublikası Qafan rayonuda anadan olub. 1990-cı ildə Qaradağ rayonu 3 saylı orta məktəbi bitirib.

1990-1995-ci illərdə BDU-nun coğrafiya fakültəsində təhsil alıb.

AMEA-nın Coğrafiya İsntitutunda 1997-2000-ci illərdə aspirant olmuşdur. 2000-2004-cü illərdə isə həmin institutda “İqtisadi və sosial coğrafiya şöbəsi”ndə elmi işci olmuşdur.

2004-cü ildə «Azərbaycanın Xəzərsahili rekreasiya ehtiyatlarının iqtisadi-coğrafi baxımdan qiymətləndirilməsi» mövzusunda dissertasiya müdafiə edərək coğrafiya elmləri namizədi adı alıb.

2000-2006-cı illərdə Azərbaycan Beynəlxalq Üniversitetinin “Turizm sosial-mədəni servis fakültəsi”ndə baş müəllim vəzifəsində işləmişdir.

2006-cı ildə Azərbaycan Turizm İnstitutunun “Türizm biznesinin təşkili və texnologiyası kafedra”sında baş müəllim işləyib.

2008-ci ildən BDU-da çalışır. BDU-nun Coğrafiya fakültəsində “Xarici ölkələrin iqtisadi–siyasi coğrafiyası və turizm kafedrası”nda baş müəllim (2008-ci ildən) işləyir.

Rekreasiya coğrafiyası, Turizmin hüquqi əsasları, Ərazi rekreasiya kompleksləri, Kənd türizmi onun apardığı dərslərə aiddir. “Azərbaycanda turizm və onun regional inkişafı” mövzusu onun təsqiqat sahəsidir.

2 monoqrafiya, 2 tədris proqramı, 20-dən elmi məqalənin müəllifidir.

Seminar, simpozium və konfranslarda iştirakı
2007. Bakı, Azərbaycan; akademik Həsən Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans
2007, Bakı, Azərbaycan; “Turizm və rekreasiya: problemlər və perspektivlər” I Respublika elmi – praktik konfrans
2008, Bakı, Azərbaycan; “Turizm və rekreasiya: problemlər və perspektivlər” II
2008, Bakı, Azərbaycan; “Xəzərin ekologiyası və təbii sərvətləri”
Seçilmiş əsərləri
2008, Azərbaycanda kənd turizminin mikro modeli.
2008, Azərbaycanda kənd turizmi
2007,Ərazi rekreasiya yükünün müəyyən olunmasının ekoloji aspektləri.
2006, Azərbaycanın Xəzər sahilində rekreasiya ehtiyatlarının qiymətləndirilməsi.
2005,Xəzərsahili rekreasiya ehtiyatlarından istifadənin və onun infrastruktur sahələrinin perspektiv inkişaf imkanları.
2005, Azərbaycanda Xarici turizmin inkişafında “İpək Yolu”-nun bərpasının rolu.
2008, Rekreasiya-turizm ehtiyatları
2003, Azərbaycanin Xəzərsahili rekreasiya-turizm ehtiyatları


Tarix: 06.02.2015 / 17:19 Müəllif: Feriska Baxılıb: 125 Bölmə: Qərbi Azərbaycan
loading...