Tarixi
1937-ci ilə kimi Cəlaloğlu (Stepanavan) rayonunun tərkibində olmuşdur. Rayon mərkəzindən 15 km şimal-qərbdə, İlməzli kəndinin yaxınlığında birbirinə bitişik üç təpə üzərində, az bir hissəsi düzənlikdə yerləşir. Monqol istilası zamam bu kəndin adı Cüycikənd olmuş və sonradan toponim fonetik hadisəyə uğrayaraq «y» səsi düşmüş, Cüycikənd i~ə səsəvəzlənməsi nəticəsində Cücəkənd formasında qalmışdır.
Toponim monqol sərkərdəsi Cuci xanın adı əsasında formalaşan cuci ulusunun adından yaranmışdır. Yəni toponim cuci nəsil adı ilə «yaşayış məntəqəsi» mənasında işlənən kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca mürəkkəb toponimdir.
Erm. SSR AS RH-nin 3.l. 1935-ci il fərmanı ilə adı dəyişdirilərək Qızıl Şəfəq qoyulmuşdur.
Əhalisi
Kənddə 1886-cı ildə 205 nəfər, 1897-ci ildə 237 nəfər, 1904-cü ildə 210 nəfər, 1914 - cü ildə 468 nəfər, 1916-cı ildə 399 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar deportasiyaya məruz qalmışdır. Indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kəndin sakinləri öz ocaqlarına dönə bilmişdir. Burada 1922-ci ildə 474 nəfər, 1926-cı ildə 498 nəfər, 1931-ci ildə 623 nəfər, 1987-ci ildə 1500 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında kəndin sakinləri Ermənistan dövləti tərəfindən qırğınlarla qovulmuşlar. İndi burada ermənilər yaşayır.
Görkəmli şəxsiyyətləri
Əhməd Oğuz - Ssenari müəllifi. Kino redaktoru, şair, 1993-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Mövlud Süleymanlı — nasir, dramaturq, yazıçı, ssenari müəllifi, əsər müəllifi. Kino məsləhətçisi 1980-cı ildən AYB-nin üzvü, Аzərbаycаnın хаlq yаzıçısı, Əməkdаr incəsənət хаdimi, Аzərbаycаn Televiziyа və Rаdiо Verilişləri "Qаpаlı Səhimdаr Cəmiyyətinin" sədr müаvini, Аzərbаycаn Jurnalistlər İttifaqının "Qızıl qələm" mükаfаtı lаureаtı (1974), Moskvadа rus dilində nəşr edilmiş ilk kitаbınа ("Çоbаn İbrаhim və velоsiped") görə Maksim Qorki аdınа (keçmiş SSRİ-nəzərdə tutulur) Ümumittifаq ədəbi müsаbiqənin lаureаtı (1983), Аzərbаycаn Yаzıçılаr İttifаqının "Qızıl sünbül" ədəbi mükаfаtı, "Kənd həyаtınа həsr edilmiş ən yахşı əsərə görə" (1991). Bədii, sənədli publisistikа sаhəsində nаiliyyətlərinə görə "Аrаz" аli ədəbi mükаfаtı (1995), "Köç" rоmаnınа görə İlin ən yахşı əsərinə görə. АNАSАM Ödül bəlgəsi (Türkiyə) (2001), "Аnаdоlu ədəbiyyаtı" tоplаntısının Tаkdir ödülü.
Afad Qurbanov - Azərbaycanın görkəmli alim, professor, filologiya elmləri doktoru, əməkdar elm xadimi, dövlət mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü.
Elviz İsmayılov Ənvər oğlu - Azərbaycan Dövlət Neft Akademiyasının müəllimi. ADNA-da Tətbiqi Riyazıyyat Kafedrasındə "Informatika" cəmiyyətinin sədri. Beynəlxalq elmi konfranslar və simpoziumların iştirakçısı.
Tarix: 06.02.2015 / 18:52 Müəllif: Feriska Baxılıb: 138 Bölmə: Qərbi Azərbaycan