Həyatı
1922-ci ilin avqustun 5-də Ermənistanın Ağzıbir kəndində anadan olmuşdur.
1941-ci ildən Əzizbəyov rayonunda kənd məktəbinin müəllimi, sonralar isə direktoru işləmişdir.
1947-ci ildən Moskvada Ali Partiya Məktəbinin müdavimi, Ermənistanın Əzizbəyov rayonu partiya komitəsinin şöbə müdiri, Eçmiadzin partiya komitəsinin ikinci katibi, Amasiya rayonunun birinci katibi vəzifələrində işləmişdir.
1960-cı ildən "Sovet Ermənistanı" qəzetinin baş redaktoru, Ermənistan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini olmuşdur.
1974-cü ildən Azərbaycnın Tovuz rayonu partiya komitəsinin birinci katibi, 1980-ci ildən Azərbaycan SSR Dövlət Meşə Təsərrüfatı Komitəsinin sədri, 1981-1989-cu illərdə meşə təsərrüfatı naziri vəzifələrində çalışmışdır.
Dəfələrlə Ermənistan Kommunist partiyası Mərkəzi Komitəsinin üzvü, 5 dəfə Ermənistan SSR Ali Sovetinin, 3 dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.
Azərbaycanda çalışdığı bütün müddətdə respublika Kommunist partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur. Ermənistanın əməkdar jurnalistidir.
Lenin ordeninə, 2 dəfə Qırmızı Əmək Bayrağı ordeninə, bir neçə medala layiq görülmüşdür.
Yaradıcılığı
H.Həsənov 1997-ci ildə nəşr olunmuş "Silinməz adlar, sağalmaz yaralar" adlı kitabın müəllifidir. Yeni tarixi faktlarla zəngin olan bu əsərdə qədim Oğuz diyarının – Qərbi Azərbaycanın - İrəvan xanlığında (sonrada İrəvan quberniyası, Ermənistan SSR adlandırılan diyarda) son 200 ildən artıq bir dövrdə ermənilərin soydaşlarımızın başına gətirdikləri faciələrdən, deportasiyadan, soyqırımından, xalqımızın tarixinə edilən təcavüzdən söhbət açılır. İlk dəfə olaraq bu kitabda Ermənistan ərəzisində olan və yer üzündən adları silinmiş 650 azərbaycan kəndlərinin və rayonlarının təsnifatı verilmiş, bu ərazilərin qədimdən rəsmi adları tarixi qaynaqlardan tapılıb bərpa olunmuş, 1918-ci ildən sonra bu yerlərin ermənisayağı dəyişdirilmiş adları, onların hamısının coğrafi koordinatları göstərilmişdir. Bu təsnifatda verilmiş həmin kənd və rayonlarda yaşamış azərbaycanlıların yüz il ərzində, yəni, 1831, 1873, 1886, 1905, 1914, 1931-ci illərdə tədricən azalan sayı göstərilir ki, bu da azərbaycan xalqının ermənilər tərəfindən planlaşdırılmış və sistematik genosidini tarixdə saxlanmış demoqrafik statistika əsasında sübuta yetirir.
Kitabları
"Silinməz adlar, sağalmaz yaralar", 1997-ci il.
Tarix: 05.02.2015 / 17:34 Müəllif: Feriska Baxılıb: 65 Bölmə: Qərbi Azərbaycan