Nağı Əbdüləzimov — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı.
Həyatı
Nağı Kərim oğlu Əbdüləzimov 14 dekabr 1936-cı ildə Qərbi Azərbaycanın Göyçə mahalının Zod kəndində anadan olub. 1953-cü ildə orta məktəbi bitirdikdən sonra Pedaqoji institutun Dil-ədəbiyyat fakültəsinə daxil olub.
1957-1962-cü illərdə orta məktəbdə dil-ədəbiyyat müəllimi işləyib. 1962-ci ilin sentyabr ayında Basarkeçər rayon Komsomol Komitəsinin birinci katibi seçilərək, 1967-ci ilin avqust ayına kimi həmin vəzifədə çalışıb.
1967-1969cu illərdə Bakı Ali Partiya Məktəbində oxuyub . 1969-1974 -cü illərdə Zod kəndində kolxoz sədri işləyib. 1974-1976 -cı illərdə Gəncə şəhəri Yüngül Sənaye Texnikumunda müəllimlik edib.
1976- cı ilin fevralından 1981- ci ilin aprel ayına qədər Azərbaycan KP Gəncə şəhər komitəsində təlimatçı, 1981- ci ilin aprel ayından 1991- ci ilin noyabr ayına kimi Gəncə şəhər PK də şöbə müdirinin müavini – Siyasi Maarif Evinin müdiri işləyib.
1991-1997 –ci illərdə Mədəniyyət İşgüzarlıq Mərkəzinin müdiri kimi fəaliyyət göstərib.
1993 –cü ildən YAP –ın üzvü olub. 1997 –ci ildə YAP Gəncə təşkilatının sədri seçilib. YAP-ın 1-ci Qurultayında Siyasi Şuranın üzvü seçilib.
2000-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.
Bir sıra xarici ölkələrdə - Finlandiya, İngiltərə, Əlcəzair, Macarıstan,Türkiyə və 1998-ci ildə Səudiyyə Ərəbistanında Həcc ziyarətində olub.
Nağı Əbdüləzimov 2001-ci il sentyabr ayının 8-də Gəncə şəhərində vəfat edib.
Tarix: 05.02.2015 / 17:50 Müəllif: Feriska Baxılıb: 53 Bölmə: Qərbi Azərbaycan