Həyatı
Nəriman Vəliyev 1928-ci ildə Ermənistan SSR Eçmiədzin (indiki Masis) rayonunun Çobankərə kəndində anadan olmuşdur. İbtidai təhsilini rayonun Reyhanlı kənd orta məktəbində almışdır.
Babası Məmmədəli bəy Cəfər ağa oğlu bölgənin çox nüfuzlu şəxslərindən olduğundan 1937-ci ildə Qazaxıstana sürgün edilmiş, bundan sonra atası Adil bəy təqiblərdən yaxa qurtarmaq məqsədilə ailəsini götürüb Gəncəyə köçmüşdür.
Nəriman Vəliyev orta təhsilini 1938-1941-ci illərdə Gəncə şəhərində Dəmiryolu məktəbində davam etdirmişdir. 1941-ci ildə ailəsi Ucar şəhərinə köçdüyündən orta təhsilini 1946-cı ildə burada tamamlamışdır.
1946-cı ildə Azərbaycan Dövlət Universitetinin coğrafiya fakültəsinə daxil olmuş və həmin fakültəni 1951-ci ildə bitirmişdir.
Əmək fəaliyyətinə də elə həmin il Azərbaycan SSR Elmlər Akademiyasının Coğrafiya İnstitutunda elmi işçi kimi başlamışdır. 1959-cu ildə dissertasiya müdafiə edərək coğrafiya elməri namizədi – alimlik dərəcəsi almışdır.
1960-cı ildən başlayaraq elmi və pedaqoji fəaliyyətini Azərbaycan Dövlət Universitetində davam etdirmişdir. 1963-cü ildə "Fiziki coğrafiya" kafedrasınin dosenti olmuşdur.
Azərbaycanın hidrologiya məktəbinin formalaşmasında N.Vəliyevin böyük xidmətləri var. O, 1973-1990-cu illərdə ADU-nun "Hidrologiya" (sonralar "Hidrometeorologiya") kafedrasinın ilk müdiri olmaqla gənc hidroloqların yetişməsinə böyük əmək sərf etmişdir. 1982-ci ildə SSRİ Nazirlər Soveti Ali Attestasiya Komissiyasının qərarı ilə ona professor elmi dərəcəsi verilmişdir.
N.Vəliyevin 60-dan çox elmi əsəri, o cümlədən, monoqrafiya, dərslik və dərs vəsaitləri keçmiş SSRİ-nin müxtəlif nəşriyyatlarında və elmi jurnallarında çap edilmişdir.
O, 1996-cı ildə Bakı şəhərində vəfat etmuşdir.
Əsas əsərləri
1. Azərbaycanın çayları, gölləri və su anbarları. Bakı, 1973.
2. Вопросы физической географии и геморфологиии Азербайджана. Баку, 1981.
3. Meteorologiya və iqlimşünaslıq. Bakı, 1982.
4. Qurunun hidrologiyası. Bakl, 1984.
5. Природные ресурсы и экологическая среда. Баку, 1987.
Tarix: 06.02.2015 / 16:43 Müəllif: Feriska Baxılıb: 100 Bölmə: Qərbi Azərbaycan