Sərdar sarayı — İrəvan qalasında xan sarayıdır. İrəvan qalası tikilən vaxtdan (1510-cu il) mövcud olan saray İrəvan sərdarı Əmirqunə xan Qacar (1605-1625) tərəfindən ucaldılmış, 1760-1770-ci illərdə İrəvan xanı Hüseynəli xan (1762-1783) tərəfindən təkmilləşdirilmişdir. 1791-ci ildə Hüseynəli xanın oğlu Məhəmməd xan (1784-1805) sarayın Şüşəbənd adı ilə tanınan Güzgülu salonu və Yay imarətini inşa etdirmişdir.
Sərdar sarayının Böyük qəbul otağının divarında Sərdar Hüseyn xanın, qardaşı Həsən xanın, farsların əfsanəvi qəhrəmanı Fəraməzin, Fətəli şahın (1797-1834), Abbas Mirzənin (1784-1833) Rüstəm və Söhrabın portretləri vardı. Saray 1913-1918-ci illərdə ermənilərin təcavüzünə məruz qalmış, dağıdılmış, portretlər isə çıxarılaraq Tiflisə aparılmışdır və hazırda Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılır. 1918-ci ildə isə ermənilər sarayı yerlə-yeksan etmişlər.
Tarix: 05.02.2015 / 14:14 Müəllif: Feriska Baxılıb: 79 Bölmə: Qərbi Azərbaycan